7-02-2026, 10:15 Oxunub: 236

Sülh Şurasının ilk iclasının vaxtı bəlli oldu


Ağ Ev fevralın 19-da Vaşinqtonda Qəzza zolağında nizamlanma üzrə Sülh Şurası iştirakçılarının görüşünü keçirmək niyyətindədir.

 

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

 

"Bu, Sülh Şurasının ilk görüşü və Qəzza zolağının yenidən qurulması üçün vəsait toplanması üzrə konfrans olacaq", - nəşrin mənbəsi bildirib.

 

Portalın məlumatına görə, Ağ Ev bu görüşün Fələstin anklavında nizamlanma planının ikinci mərhələsinin həyata keçirilməsinə kömək edəcəyinə ümid edir.


 

Vaşinqton administrasiyası fevralın 6-da onlarla ölkənin liderlərini dəvət etmək və logistika məsələlərini müzakirə etmək üçün təmaslara başlayıb. Həmin dövlətlərin siyahısı verilmir. Portal qeyd edir ki, görüşün keçirilməsi ilə bağlı planlar dəyişə bilər. Həmçinin ABŞ Prezidenti Donald Trampın fevralın 18-də İsrailin Baş naziri Benyamin Netanyahunu Ağ Evdə qəbul edəcəyi gözlənilir.

 

Donald Tramp yanvarın 16-da Qəzza zolağı üzrə Sülh Şurasının yaradılacağını elan edib. Şuranın yaradılması Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə birlikdə Trampın sülh planının bir hissəsidir. Növbəti gün Ağ Ev şuranın tərkibini açıqlayıb. Buraya, ABŞ-nin dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner də daxil ediliblər. İcraiyyə şurasının hər bir üzvü Qəzzada vəziyyətin sabitləşdirilməsi üçün müəyyən bir istiqamətə rəhbərlik edəcək. Bu istiqamətlərə idarəetmə potensialının gücləndirilməsi, regional əlaqələr, bərpa, investisiyaların cəlb edilməsi, genişmiqyaslı maliyyələşdirmə və kapitalın səfərbər edilməsi də daxildir.

 

Yanvarın 22-də İsveçrənin Davos şəhərində Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi keçirilib. Sənəd Vaşinqtonun təşəbbüsünü dəstəkləyən dövlətlərin liderləri və nümayəndə heyətləri ilə birgə təsdiq edilib. Sülh Şurasının təkcə Qəzzadakı vəziyyətin sabitləşdirilməsi ilə deyil, həm də digər regionlarda münaqişələrin qarşısının alınması və həlli ilə məşğul olacağı güman edilir.

Metyu Brayza: ABŞ və İran müharibə etmək istəmir, gərginlik azalır Metyu Brayza: ABŞ və İran müharibə etmək istəmir, gərginlik azalır Siyasət / Dünya "The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq" "The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq" Gündəm / Dünya Donald Trampın əleyhidarlarının sayı artıb Donald Trampın əleyhidarlarının sayı artıb Gündəm / Dünya Tramp dinləmələrə dəvət edildi - İmpiçment prosesi Tramp dinləmələrə dəvət edildi - İmpiçment prosesi Gündəm / Dünya Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir" Gündəm
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov