İdman
ÇOX OXUNANLAR
23-09-2019, 16:41 Oxunub: 2606
Fuad Qəhrəmanlı barışmaq istəyir? - Vəkildən açıqlama

Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Qəhrəmanlı (Zümrüd Yağmur) boşanma ilə bağlı Abşeron rayon Məhkəməsində ilkin baxış iclası sentyabrın 26-da keçiriləcək.
Bu barədə Teleqraf.com-a danışan Zümrüd Qəhrəmanlının vəkili Zibeydə Sadıqova bildirib ki, bundan əvvəl iki proses təyin olunub:
"Birinci hazırlıq iclası baş tutmayıb və sonrakı prosesdə isə hazırlıq iclası keçirilib. Hazırlıq iclasında tərəflərin iştirakı vacib olmadığı üçün həm iddiaçı Zümrüd Qəhrəmanlı, həm də cavabdeh Fuad Qəhrəmanlı iştirak etməyib".
Vəkil deyib ki, hazırlıq iclasında nikahın ləğv olunması ilə bağlı iddia ərizəsinin araşdırılması sentyabrın 26-na təyin olunub.
Vəkil tərəflərin prosesdə iştiriak edib-etməyəcəkləri ilə bağlı dəqiq məlumatı olmadığını qeyd edib.
O bildirib ki, nikahın ləğv olunması ilə bağlı məhkəmə iclası bir neçə istiqamətdə aparılır: "Tərəflər məhkəmədə nikahın ləğv olunması ilə bağlı razılığa gəlsələr, o zaman hakim ilk iclasda iddia ərizəsini təmin edə bilər. Amma qarşı tərəf bildirsə ki, boşanmaq istəmir, mənə barışmaq üçün zaman verilsin. O zaman hakim tərəflərə barışmaq üçün vaxt vermək üçün prosesi 3 ay müddətinə təxirə sala bilər.
Növbəti iclasda da tərəflərin mövqeyi dinləniləcək. Həmin vaxt Fuad Qəhrəmanlı barışmaq üçün hakimə müraciət etsə, o zaman hakim prosesi 3 aya qədər uzada bilər. Yox, əgər ilkin baxış iclasında Fuad Qəhrəmanlı da iddiaçı ilə eyni mövqedə olsa, hakim nikahın ləğv olunması barədə qətnamə çıxaracaq. Mən Zümrüdün vəkili olduğum üçün Fuad Qəhrəmanlının mövqeyindən məlumatım yoxdur".
Zibeydə Sadıqova iddia ərizəsində qoyulan tələblərdən danışmaq istəməyib. Bildirib ki, bu məsələ ailə sirri haqqında qanunla qorunur.
Vəkil həmçinin deyib ki, tərəflərin növbəti iclasa qatılıb-qatılmayacaqlarından məlumatı yoxdur.
Zibeydə Sadıqova Zümrüd Qəhrəmanlının işgəncəyə məruz qalması barədə suallara belə cavab verib: "Zümrüd Qəhrəmanlının nikahının ləğv olunması ilə bağlı məhkəmə işinə çıxıram. Bu səbəbdən onun işgəncəyə məruz qalmasından xəbərsizəm. Zümrüd Qəhrəmanlının işgəncəyə məruz qaldığını göstərən fotolarının sosial şəbəkədə paylaşılmasından xəbərsizəm. Bu səbəbdən vəkil kimi bu barədə bir söz deyə bilmərəm".
Qeyd edək ki, bu ilin avqustun 1-də Zümrüd Qəhrəmanlı Fuad Qəhrəmanlı ilə nikahının ləğv olunması üçün Abşeron rayon Məhkəməsinə müraciət edib. O, iddia ərizəsində nikahın pozulması, alimentin təyin edilməsi və yetkinlik yaşına çatmayan uşağının ona verilməsini tələb edib.
Abşeron rayon Məhkəməsində avqustun 28-də iddia ərizəsi üzrə hazırlıq iclası keçirilib.
Hakim Elman Məmmədovun sədrliyi ilə baş tutan hazırlıq iclasında iddia tələbi müəyyən olunub.
Məhkəmə baxışı sentyabrın 26-na təyin olunub.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







