28-03-2026, 12:29 Oxunub: 257

“Kristal” və “Landau Education Group” arasında memorandum imzalandı


Kristal” və “Landau Education Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənəd tərəflər arasında təhsil və infrastruktur sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq Azərbaycanda müasir təhsil infrastrukturunun inkişafına və beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşmasına mühüm töhfə verməyi hədəfləyir.

Razılaşmaya əsasən, “Kristal” layihələri çərçivəsində təhsil infrastrukturu daha da gücləndirilir və müxtəlif yaşayış komplekslərində yeni məktəb korpusları istifadəyə veriləcək.

“City Garden Narimanov”  layihəsində LANDAU School-un yeni “City Garden Narimanov” korpusu fəaliyyətə başlayacaq. Yeni tədris korpusunun 2026-cı ilin sentyabr ayından etibarən şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. Müasir tədris prinsiplərinə uyğun şəkildə hazırlanan məktəbdə şagirdlərin akademik və sosial inkişafını dəstəkləyən geniş imkanlar yaradılıb. Buraya 50 kv.m sahəyə malik sinif otaqları, geniş ümumi istifadə zonaları, 250 nəfərlik akt zalı, böyük idman zalı, açıq hava oyun sahəsi və ən son STEAM otağı daxildir. Korpusda məktəbəqədər hazırlıq, Azərbaycan, rus və ingilis bölmələri üzrə tədris həyata keçiriləcək.

Eyni zamanda, “Park Yasamal”  layihəsində SİMURQ Liseyi by LANDAU daha əlçatan qiymətlərlə yeni “Park Yasamal” korpusunu təqdim edir. Korpus 2026/2027 tədris ilindən etibarən fəaliyyətə başlayacaq. Yeni tədris məkanında geniş sinif otaqları, oyun zonası, iclas otağı, kitabxana, idman və akt zalları, həmçinin şagirdlərin hərtərəfli inkişafına yönəlmiş müasir imkanlar təqdim olunacaq. Korpusda məktəbəqədər hazırlıq, eləcə də Azərbaycan, rus və ingilis bölmələri üzrə siniflər fəaliyyət göstərəcək. Təhsil haqqına gündə iki dəfə qidalanma – nahar və qəlyanaltı daxildir

Layihə sakinlərin rahatlığını da ön planda tutur. Məktəblərin yaşayış komplekslərinin daxilində yerləşməsi yol xərclərini və nəqliyyata ehtiyacı azaldır, eyni zamanda ətraf mühitə təsirin minimuma endirilməsinə kömək edir. Bu imkan sayəsində “Kristal” sakinləri övladları üçün rahat və əlçatan təhsil mühitinə sahib olurlar.

Ətraflı: *1544

kristal.az

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb Gündəm Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Siyavuş Novruzov: "Uğurlarımızı həzm etməyən ünsürlər inkarçılıqla özlərinə qarşı ictimai qınağı daha da gücləndirirlər" - MÜSAHİBƏ Gündəm Hakimlərin maaşında fantastik ARTIM - Məhkəmələrdə rüşvətə son qoyulacaq? (SİYAHI) Hakimlərin maaşında fantastik ARTIM - Məhkəmələrdə rüşvətə son qoyulacaq? (SİYAHI) İqtisadiyyat Oktyabrın 20-si Energetiklər Günüdür Oktyabrın 20-si Energetiklər Günüdür Gündəm / İqtisadiyyat Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət
XƏBƏR LENTİ
10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov