İdman
ÇOX OXUNANLAR
10-10-2019, 15:09 Oxunub: 2410
Bakıda evlərin qiyməti 2 dəfə BAHALAŞACAQ - Bu tarixdən...

Bakı şəhərində mənzillərin qiyməti 2 dəfəyə qədər bahalaşacaq...
"Hazırda paytaxtın mərkəzindəki evlərin bir kavdratmetri 2000-3000 manat arasında dəyişir".
Bunu tikinti eksperti Elnur Fərzəliyev Redaktor.az-a hazırda mənzil bazarında evlərin satış qiymətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, qiymətlərin baha olması binada sakinlərə göstərilən xidmətlərlə bağlıdır:
"Bu tip binalarda mənzil qiyməti standart binalardakı evlərdən xeyli baha olur. Hazırda şəhərin mərkəzində bir kvadratmetri 5000 manata qədər olan mənzillər var. Xüsusən, bu mənzillər şəhərin Səbail, Nəsimi rayonunda yerləşir. Nərimanov rayonunda da bahalı mənzillər var. Burada bir kvadratmetri 900 manatdan 3500 manata qədər olan yeni tikili mənzillər var”.
Onun sözlərinə görə, ucuz mənzillər Yeni Yasamal, Həzi Aslanov, Günəşli, Xırdalan, Masazır ərazilərindədir:
"Bu ərazilərdə kvadratmetri 700-800 manata hazır binalarda təmirsiz mənzil almaq olar. Qiymətlərin dəyişməsi binaların proyektinə görə dəyişir. Köhnə binalarda məsələn Elmlər Akademiyası, Nərimanov ərazisində “Xruşovka” proyektində olan birotaqlı mənzilin qiyməti 55-60 min manat arasındadırsa, “Stalin” layihəli bir otaqlı mənzilin qiyməti ortalama 80-100 min manat arası dəyişir. İkiotaqlı mənzil “Xruşşovka” tipli layihədə 80 min manatdırsa, 120-130 min manata “Stalin”proyektindədir".
Ekspert qeyd edib ki, ilin sonuna qədər mənzillərin qiyməti düşməyəcək:
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şirkətlərinə şərt qoyub ki, binalar normativlərə uyğun tikilsin. Bu normativlər də tikinti şirkətlərinə sərf etmədiyinə görə, tikinti şirkətləri 60-70 faiz işlərini dayandırıblar. Köhnədən sərəncam alan tikinti şirkətləri binaları tikə bilərlər. Amma yeni başlayan tikinti şirkətləri bu şərtlərlə evləri tiksələr, Bakı şəhərində mənzillərin qiyməti 2 dəfəyə qədər bahalaşacaq. Amma hazıra evlərin qiyməti əvvəlki illərlə müqayisədə stabil olaraq qalır. İpoteka kreditləri verilsə, pilot layihəyə düşən köhnə tikili binalarda evlərin qiyməti artacaq. Məsələn, Gənclik ərazisində beşmərtəbəli binada ikiotaqlı mənzilin qiyməti 80 min manatdır. O ev pilot layihəyə düşərsə, sakinə yeni binada mənzil verildiyi təqdirdə, həmin mənzilin qiyməti 120-130 min manat olacaq. Söküntülər başlasa, köhnə binalardakı evlərin də qiymətləri artacaq”.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







