İdman
ÇOX OXUNANLAR
10-10-2019, 18:36 Oxunub: 2407
Qadın hüquq müdafiəçiləri Sərdar Cəlaloğlunun üstünə QALXDILAR

Azərbaycanda qadınlara qarşı zorakılıq halları artmaqdadır. Son günlərdə qadınların qətlə yetirlməsi ilə bağlı xəbrlətrin ard-arda düzülməsi belə deməyə əsas verir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata son müsahibəsində qadın və kişi hüquqlarından danışarkən bəzi mübahisəli məsələlərə toxunub. O, bildirib ki, qadın azadlığı anlayışı yoxdur, Azərbaycan qadını kişisinə tabedir, əgər bunun əksi olsaydı, Azərbaycan qadını da digər xarici dövlətlərdə olduğu kimi, hərbi xidmətə yollanardı.
Sərdar Cəlaloğlunun sözlərinə görə qadın azadlığı “Tarqovı”da ərəb turistləri qarşılamaq, həmsöhbət olmaq deyil, qadın azadlığı onlara seçki hüququnun verilməsi kimi anlayışı özündə əks etdirir.
İnsan Hüquqları üzrə Beynəlxalq İşçi Qrupunun Azərbaycan təmsilçisi Səadət Bənənyarlı Modern.az-a bildirib ki, deyilənlər Sərdar Cəlaloğlunun subyektiv fikirləridir.
“Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadınlara kişilərlə bərabər hüquq verilib. Hərbi xidmətə görə qadınların kişilərdən ayrılması fikrinə gəldikdə isə qeyd etmək istəyirəm ki, bu gün Daxili İşlər Nazirliyində də, Prokrorluqda da qadınlar kişilərin gördükləri işləri görürlər. Sərdar bəyin “qadın kişiyə tabe olmalıdır” fikrinə qarşı bildirmək istəyirəm ki, əgər belə olarsa, ailədə daim bərabərsizlik baxımından söz-söhbət yaranar”.
Səadət Bənənyarlı qeyd edib ki, qadına qarşı zorakılıq kişinin özünü güclü göstərməsi səbəbi ilə yaranır.
“Təbii ki, fiziki chətdən kişi qadından güclüdür. Kişi istəyir ki, özünü güclü göstərsin və qadın da bununla razılaşmadıqda, qadına qarşı zorakılıq halları yaranır. Bunun qarşısını almaq üçün ailədə, məktəbdə uşaqlara normal tərbiyə vermək lazımdır və onlara aşılamaq lazımdır ki, zorakılıq olmaz. Sərdar bəyin “qadın azadlığı “Tarqovı”da ərəblərlə həmsöhbət olmaq deyil” fikri tamamilə yanlışdır. Qadın azadlığı işdə, iqtisadiyyatda və həyatın hər bir sahəsində bərabər hüquqlu olmaq deməkdir. Qadınlara pis yola yönəldən də elə kişilərdir”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, Azərbycan qadını da əsgərliyə gedə bilər:
“Qadın müharibəyə getmir bəlkə də, amma o müharibənin ağırlığını onsuz da qadın çəkir. Qadınlar heç də kişilərdən əskik iş görmürlər. Bəli, Azərbaycanda vəzifədə olan qadınlar azdır. İcra hakimiyyətləri, nazirliklərdə bütün idarəetmələr kişilərə məxsusdur. Niyə qadın olmamalıdır? Bizim çox gözəl, savadlı qadınlarımız var. Əgər bərabəriksə, niyə bu idarəetmə orqanlarında hamısı kişidir?!”.
Novella Cəfəroğlu qeyd edib ki, S.Cəlaloğlu qadınlar haqqında nahaq danışır:
“Bizim qadınlarımız çox ağıllıdır. Sovet hakimiyəti dövründə əxlaq baxımından yanlışlıq edən bir çox qadınlar olub. Qadın azadlığı həmişə olub və olacaq. Xanlıq dövründə belə qadına böyük dəyər verilib, kişi ilə qadın daim bərabər oturub. Azərbaycanda heç bir kişi deyə bilməz ki, aparıcı qüvvə odur. Xanım bəlkə elə şərait yaradar ki, kişi özünü o cür hiss etsin. Amma hər evdə aparıcı qüvvə qadındır”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib ki, tarix boyu Azərbaycan qadını öz həyat yoldaşının, qardaşlarının yanında olub.
“Qadınlarımız həmişə çalışıb ki, elmdə, işlərində, sənayedə, hər yerdə kişilərlə bərabər işləsinlər və vətənə öz töhfələrini versinlər. Əgər həmin adam o sözləri ağzına alırsa, mən də belə bir sual vermək istəyirəm: həmin şəxs bəs qadına xas xüsusiyyətləri edə bilirmi? Mənə gəlir ki, burda heç bir fərq qoyula bilməz. O sözləri deyən adam qadınların səviyyəsini yaxşı öyrənməyib. Getsin öyrənsin və tarixi açıb görsün ki, Azərbaycan qadınları zaman-zaman necə şücaətlər göstəriblər”.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







