İdman
ÇOX OXUNANLAR
14-10-2019, 19:22 Oxunub: 2545
2 minədək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

Artıq 2000-dək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb.
Qanunvekirminal.az Trend-ə istinadən bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu gün təqribən 70 min ailəyə ünvanlı sosial yardım ödənilir, bu isə 280 min insanı əhatə edir.
S.Babayev əlavə edib ki, elektron auditlər zamanı ünvanlı sosial yardım təyinatından sonra qısa müddət ərzində bir sıra şəxslərin əmək müqavilələrinin ləğv edilməsi, sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və digər şübhəli hallar meydana çıxır: "Məsələn, ən son meydana çıxan hallardan biri budur ki, bir fiziki şəxsin imzaladığı əmək müqavilələri nəticəsində onunla muzdlu əmək müqaviləsinə malik 170-dən çox şəxs ünvanlı sosial yardım alır. Yəni bir fiziki şəxs, bir kiçik şirkət çərçivəsində 170 ünvanlı sosial yardım alan şəxsin olması və onlarla imzalanmış əmək müqaviləsinin 3-5 gün, 1 həftə sonra ləğv edilməsi birbaşa onu göstərir ki, elektron sistemlərə saxta informasiyalar ötürülür".
Nazir saxta yollarla ünvanlı sosial yardım almağa başlamış şəxslərlə bağlı tədbirlərin görüləcəyini vurğulayıb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







