İdman
ÇOX OXUNANLAR
15-10-2019, 15:06 Oxunub: 2375
Əliqismət Lalayev: 650 min ağacın əkilməsi olduqca böyük humanist addımdır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə əsasən şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
Ulu öndər Heydər Əliyevin qoyduğu bənzərsiz ənənələrin davamı olaraq Birinci vitse-prezidentimizin irəli sürdüyü bu genişmiqyaslı təşəbbüsü ürəkdən alqışlayırıq. Hesab edirik ki, İmaməddin Nəsimi ilində dahi şairimizin ruhuna ithaf olunan bu silsilə tədbirlərin uğurlu davamı da olacaq.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev söyləyib.
“650 min ağacın əkilməsi gələcək nəsillərin sağlam ekoloji mühitdə yaşayışının təmin edilməsini təşkil etməkdir. Bu da böyük bir humanist addımdır. Rəhbərlik etdiyim Akademik Musiqili Teatrın kollektivi də hər zaman belə tədbirlərdə fəal iştirakçı olub və bundan sonra da belə xeyirxah missiyalara birlikdə qoşulacağıq. Təbiəti qorumaq, onun ekoloji təmizliyinin qeydinə qalmaq hər birimizin vətəndaşlıq borcumuzdur.
Əkiləcək ağaclar, salınan yaşıllıq zolaqları hamısı insan sağlamlığına öz müsbət təsirini göstərir. Bu baxımdan təkcə bir regionda deyil, ölkəmizin hər bölgəsində bu istiqamətdə güclü təbliğat işləri aparmalıyıq”, - deyə Ə.Lalayev söyləyib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







