İdman
ÇOX OXUNANLAR
17-10-2019, 12:50 Oxunub: 2377
Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir

Azərbaycan Turizm Bürosu ilə “Profi+travel” portalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr olunan xüsusi səhifə istifadəyə verilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Rusiya və MDB məkanında 140 mindən çox qeydiyyatdan keçmiş istifadəçisi olan portalla birgə yaradılmış səhifədə Azərbaycanın mədəniyyəti, milli mətbəx nümunələri, təbiəti, şərabçılıq ənənələri, turizm marşrutları və s. barədə məlumatlar öz əksini tapıb.
Viza qaydaları, valyuta, nəqliyyat sistemi, ölkənin iqlimi, tətil və bayram günləri haqda ətraflı informasiyalar yerləşdirilən səhifənin sonunda Rusiyadan olan məşhur bloqqerlərin Azərbaycana dair təəssüratlarına da yer verilib.
Həmçinin səhifəyə keçidləri çoxaltmaq məqsədilə rəqəmsal sferada xüsusi reklam bannerlərinin yerləşdirilməsi işlərinə başlanılıb.
Gündəlik 67 min ziyarətçi sayı olan “Profi+travel” onlayn portalının əsas funksiyası müxtəlif ölkələrin turizm məhsullarının tanıdılmasını həyata keçirmək və partnyorlarla biznes əlaqələrinin genişləndirilməsinə dəstək göstərməkdir.
Bundan əlavə, portal vasitəsilə turizm destinasiya və məhsulları turizm mütəxəssisləri arasında B2B (Biznesdən-biznesə) və B2C (Biznesdən-müştəriyə) formatlarında təbliğ olunur.
Səhifəyə keçid etmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.tourister.ru/azerbaidjan
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







