İdman
ÇOX OXUNANLAR
18-10-2019, 20:11 Oxunub: 2466
"Barış pınarı" təəssüratı: Bizdə də "İsa bulağı" hərəkatı baş versəydi... - Gözlənti
Dünən ABŞ-Türkiyə anlaşması ilə əslində qardaş Türkiyəmiz onsuz da parçalanmaqda olan Suriyadan ilkin payını almış oldu. Ən azından Dünyanın superdövləti olan Amerika təsdiqlədi ki, buralar - Suriyann Türkiyə ilə həmsərhəd olan şimal hissəsinin içlərə doğru olan 30-35 kilmoetr uzunluğundakı hisələri Türkiyənindir. Türkiyənin verdiyi şəhidlərimizin qanı yerdə qalmadı. Davamı gəlsin... və bunu cani-dildən arzulayırıq.
Arzumuz isə tək bu deyil və BİZ AZƏRBAYCAN TÜRKLƏRİNİN ən böyük arzusunun da nədən ibarət olduğunu təxmin etmək o qədər də çətin deyil.
Bəli, söhbət Qarabağ yanğımızdan gedir və qardaş Türkiyənin hər uğurlu addımında "keçgə biz də belə edə biləydik" deyərək Şuşamızı xatrılamağımız tam olaraq təbiidir, anlaşılandır.
***
İllərdir SAVAŞ İSTƏYİRİK. Savaşmaq istəyirik. Necə ki, ailə həyatı qura bilməyən qızlar evdə qarıyırlar, eləcə də Qarabağı azad etmək yanğısı ilə Azərbaycan kişiləri qocalırlar, ölürlər... Bu yanğıları da içlərində...
İstədiyimiz tək budur və elə buna görədir ki, bu gün hətta ən məmnun Azərbaycan vətəndaşının belə məmnunluğu natamamdır... Sonuna qədər xoşbəxt deyil adamlarımız və xoşbəxt ola bilməzlər də... İmkansızdır.
***
Türkiyə bacard. Demirəm ki, bizlər də Dünyanın yarısına hökmranlıq etmiş türkiyəli qardaşlarımız qədərində olaq. Onların yarısı qədərində olmağımız da yetərlidir. Təki ortada istək olsun...
Belə də... hə... biz Türkiyə türklərindən DAHA BÖYÜKÜK!.. Yəqin razı qaldınız. Amma bu böyüklüyü tam varlığımızla hiss etdiyimiz an ... inanın ki, cənab Ali Baş Komandanımız bizi Türkiyənin yaşadıqlarından da daha BÖYÜK OLAN QƏLƏBƏYƏ doğru daşıyacaq.
***
Yəni... İş bizdədir. Böyüməliyik... Özü də Qarabağa qədər... QARABAĞ QƏDƏRİNDƏ!
Məhəmməd ƏRSOY
Dia.az-ın baş redaktoru
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







