İdman
ÇOX OXUNANLAR
21-10-2019, 16:21 Oxunub: 2355
Azərbaycanda partiya sədri DTX rəisindən KÖMƏK İSTƏDİ

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin “Facebook” səhifəsi artıq bir neçə gündür, naməlum şəxslər tərəfindən “oğurlanıb”.
Bu barədə Modern.az-a VİP mətbuat xidməti məlumat verib.
Bildirlib ki, VİP sədrinin səhifəsini ələ keçirən şəxslər orada müxalifətin əleyhinə müxtəlif statuslar paylaşmaqdadırlar.
Hakerlər Əli Əliyevin “Facebook” səhifəsini zaman-zaman deaktiv etsələr də, müəyyən müddətdən sonra yenidən aktivləşdirirlər.
Şəxsi imkanlar hesabına səhifəyə nəzarəti bərpa etməyin mümkünsüzlüyü müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsinə ehtiyac yaradıb.
Əli Əliyev səhifəsini geri qaytarmaq, o cümlədən, xakerlərin müəyyənləşdirilərək, cəzalandırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə rəsmi məktubla müraciət edib.
“Adları çəkilən dövlət qurumlarının bu müraciətə həssaslıqla yanaşmalarını və VİP sədrinə yönəlik bu kibercinayətin nəticələrini qısa müddətdə aradan qaldırmalarını gözləyirik”,-deyə VİP mətbuat xidməti bildirib.
XƏBƏR LENTİ
13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi







