İdman
ÇOX OXUNANLAR
22-10-2019, 14:32 Oxunub: 2361
Xalq artisti Azərpaşa Nemətovu sərt tənqid etdi- "ABUTALIBOVDAN NÜMUNƏ GOTÜR"
Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının konfransını boykot edib.
Qanunvekirminal.az bildirir ki, aktrisa konfransdan kənarlaşdırılan jurnalistlərin önünə çıxaraq, boykotun səbəbini açıqlayıb: "O konfransda oturmağı özümə layiq bilmədim. Ona görə də tədbiri yarımçıq tərk elədim. Mən cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətova bunu tövsiyyə edirəm”.
Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, ittifaqın nəyə xidmət etdiyi məlum deyil: "Aktyorların hamısının ad almaq imkanı yoxdur. Ona görə də həyat şəraitləri pisdir. Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əmək haqqları artırıldı. Lakin əmək haqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar ittifaqın tərkibində sexlər fəaliyyət göstərirdi. Teatr Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri "İstanbul” restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır”.
A.Bəşirqızı teatr mühitindən baş verən problemlərlə bağlı ölkə başçısına müraciət etdiyini də diqqətə çatdırıb: "Mənim o sözlərimdə heç bir yalan yoxdur və mən cənab Prezidentin reaksiyasını gözləyirəm”.
Qeyd edək ki, xalq artistinin boykot hərəkətindən sonra mədəniyyət naziri də konfransı tərk edib.(APA)
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







