İdman
ÇOX OXUNANLAR
24-10-2019, 16:13 Oxunub: 2400
"FHN və Gömrük Komitəsi ləğv edilsin" - Ekspertlər

Xəbər verdiyimiz kimi, Mikayıl Cabbarov Əmlak Komitəsi və Veriglər Nazirliyinin də birləşdirildiyi İqtisadiyyat Nazirliyinin rəhbəri təyin edildi.
Bəs yeni təyinat və bu cür sruktur islahatlar Azərbaycan iqtisadiyyatına və xüsusilə qeyri neft sektorunun inkişafına nə cür təsir göstərəcək?
Qaynarinfo xəbər verir ki bununla bağlı ölkənin tanınmış iqtisadçıları öz fikirlərini bölüşüb.
İqtisadçı ekspert Natiq Cəfərli Gömrük Komitəsinin də mütləq İqtisadiyyat Nazirliyinə birləşdirilməli olduğunu vurğulayıb:
"Ölkə büdcəsinə (Neft Fondunu kənara qoysaq) əsasən 3 istiqamətdən vəsait daxil olur, Vergi, Gömrük və Dövlət Əmlakın özəlləşdirilməsi. Büdcənin maliyyə kanallarının bir mərkəzə cəmlənməsi doğru qərar olacaq. İqtisadiyyat Nazirliyi olaraq qısa, orta və uzun vədəli proqramların və iqtisadi siyasətin qəbul olunması ilə məşğul olmalı, vergi-gömrük-əmlak bu siyasətin tərkib hissəsi kimi olmalıdır. Mikayıl müəllimə böyük səlahiyyət verildi, amma səlahiyyət həm də məsuliyyətdir – indi iqtisadiyyatda nə baş verəcəksə, cavabdeh o olacaq. Ona görə də, məncə, Mikayıl müəllim israr etməli, Gömrüyü də birləşdirməli, sonra bu böyük məsuliyyətin altına girməlidir".
İqtisadçı alim Qubad İbadoğlu da struktur islahatların davam etməli olduğunu və bir sıra nazirliklərin də birləşdirilməsinin vacibliyini vurğulayıb.
Ekspert öz fikrini belə şərh edib:
1) Gələn ildən tibbi sığortanın tətbiq olunacağını nəzərə alaraq Səhiyyə Nazirliyi ləğv edilsin və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilsin.
2) Sillahlı qüvvələrin texniki təchizatını bir mərkəzdən idarə etmək üçün Müdafiə Sənayesi Nazirliyi Müdafiə Nazirliyinə birləşdirilsin.
3) Ölkədə fövqəladə halların baş vermədiyini nəzərə alaraq Fövqəlada Hallar Nazirliyi ləğv edilsin və onun bazasında dövlət komitəsi yaradılsın.
4) İdmançıların polis orqanlarında çalışdığını, gənclər siyasəti ilə prezidentin özünün məşğul olduğunu nəzərə alaraq Gənclər və İdman Nazirliyi də ləğv edilsin.
5) Qeyri-neft sektoru ilə neft-qaz sektoru arasında balansı təmin etmək üçün Energetika Nazirliyi də İqtisadiyyat Nazirliyinə birləşdirilsin.
Qubad İbadoğlunun fikrincə, nəhayət, Nazirlər Kabineti ləğv edilərək, onun bazasında prezidentin dərtərxanası yaradılmalıdır. Beləliklə də nazirliklərin sayı 12-ə qədər azalmış olacaq.
XƏBƏR LENTİ
18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118 12:15 | Dövlətə sədaqət, xalqa xidmət nümunəsi: Polis polkovniki Cavid Muradovun fəaliyyət yolu 19:52 | Nümunəvi rəhbər və xeyirxah insan: “Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənovun həyat yolu və ictimai missiyası 21:24 | Əziz Nərgiz xanım – 65 illik ömrün müdrikliyi və nəcibliyi 10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi









