İdman
ÇOX OXUNANLAR
24-10-2019, 17:48 Oxunub: 2375
Polislərlə mühafizəçilər arasında gərginlik yaşandı - QƏBƏLƏDƏ DAVA

UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qəbələ” - APOEL görüşündən sonra qarşıdurma yaşanıb.
"Qafqazinfo” sport24.az-a istinadən xəbər verir ki, final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə "qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb.
Yalnız meydana "Qəbələ” akademiyasının rəhbər şəxsləri daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.
Hadisələri yaxından izləyən görüşün baş hakimi "Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərdi. Buna səbəb azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına sillə vurması oldu.
Digər tərəfdə - qəbələli azarkeşlərlə polislər arasında da qarşıdurma qeydə alınıb. "Qəbələ"nin "Red Black army" fan-klubunun yaradıcısı Azad polis tərəfindən bölməyə aparılıb. Buna səbəb azarkeşlərin tribunaları gec boşaltması olub. Asayiş keşikçiləri azarkeşləri zorla stadiondan çıxarmağa çalışıb və insident yaranıb.
Daha bir insident isə polislə klubun mühafizəçilərinin arasında olub. Azarkeşlə kobud rəftara görə polisə etiraz edən mühafizəçiləri asayiş keşikçilərinə etiraz bildirib. Ara münaqişə böyümədən sakitləşib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







