İdman
ÇOX OXUNANLAR
25-10-2019, 17:38 Oxunub: 2392
İŞİD-çi qadından ŞOK sözlər: Azərbaycanlı uşaqlar Türkiyə ordusuna qarşı döyüşür

Türkiyənin başlatdığı "Barış pınarı” əməliyyatından sonra Suriyanın şimalındakı Hol düşərgəsindən qaçan İŞİD-çi qadın bu terror qruplaşmasına qatılan ailələrin azyaşlı uşaqlarınının türk ordusuna qarşı döyüşlərə cəlb edildiyini açıqlayıb.
Qanunvekirminal.az virtualaz.org-a istinadla xəbər verir ki, həmin qadın kürdlərin nəzarəti altına keçən düşərgədə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən olan 20 minə qədər qadın və uşağın saxlanıldığını deyib.
Özbəkistan vətəndaşı olan D.S. adlı həmin qadın əri S.S.-lə əvvəlvə Dubayda, daha sonra Danimarkada yaşayıb. Sonra Türkiyəyə köçüb. Bir müddət İstanbulda yaşayan ər-arvad daha sonra İŞİD-ə qatılmaq üçün Suriyaya keçib.
Əri Deyr-əz-Zorda gedən döyüşlər zamanı öldürülüb. Nəticədə onu kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin döyüşçüləri Haseke şəhəri ətrafındakı Hol düşərgəsinə yerləşdiriblər. Qadın bir müddət sonra düşərgədən qaçıb və Türkiyəyə keçib, orada saxlanılıb.
Özbək İŞİD-çi deyib ki, düşərgə iki hissədən ibarətdir. Bir hissəsində Suriya və İraq vətəndaşları saxlanılır. Digər qismində isə əsasən Çeçenistan, Dağıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan, Tunis , Qazaxıstan və bir sıra Avropa ölkələrindən gedib İŞİD-ə qatılanlar yerləşdirilib. Onun bildirdiyinə görə, kürdlərə təslim olan İŞİD döyüşçüləri də həmin bölgədə saxlanılır.
"YPG düşərgədə yaşayan və zorla ailələrindən qoparılan 10 yaşdan yuxarı uşaqlara silahlı təlim keçirdi. Sonradan YPG-çilərdən öyrəndik ki, onlar təlim keçdikləri bu uşaqları "Barış pınarı” əməliyyatının getdiyi zonaya aparıb orada Türkiyə ordusuna və "Suriya Milli Ordusu”una qarşı döyüşlərə cəlb edirlər.
Düşərgədə bizim olduğumuz yerdə Özbəkistan, Qazaxıstan, Azərbaycan, Tunis və digər ölkələrdən 20 mindən yuxarı qadın və uşaq ardı. Düşərgədə qeyri-insani rəftara məruz qalırdıq. Çoxlu sayda qadın və uşaq xəstəliklərdən öldü. YPG terrorçuları qaldığımız otaqlara girib pullarımızı və qiymətli əşyalarımızı zorla alırdı. Müqavimət göstərənlər güllələnirdi”,-özbək İŞİD-çi "Anadolu” agentliyinə danışıb.
D.S. bildirib ki, düşərgədən qaçmağa qərar verib və oktyabrın 12-də bir insan alverçisi ilə anlaşıb. Həmin adama pul və qızıl-zinət əşyaları verib. O, qadını Türkiyəyə keçirib və burada təhlükəsizlik qüvvələri D.S.-ni saxlayıb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







