İdman
ÇOX OXUNANLAR
26-10-2019, 11:11 Oxunub: 2347
Əli Həsənovun ailəsində ölümə səbəb olan daha bir qəza

Bir neçə gün öncə baş nazirin müavini vəzifəsindən istefa vermiş Əli Həsənovun ailəsində ölümə səbəb olmuş yol qəzası baş verib. Bu, həmin ailədə son iki ildə ikinci olaydır. Və yenə də yüksək sürət bir nəfərin həyatına son qoyub.
Anews.az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də saat 13 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat əndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry" yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.
Hadisə yerinə gələn polis əməkdaşlarının ilkin rəyinə görə qəzaya yüksək sürət səbəb olub. Avtomobili saatda təxminən 170-180 kilometr sürətlə idarə edən İlkin Əliyev idarəetməni itirib.
İlkin Əliyev Baş nazirin sabiq müavini Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Mənbənin bildirdiyinə görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.
Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisidir. O vaxta qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini idi.
2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu. 25 yaşlı Nail Allahverdiyev də yüksək sürətlə idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobili öncə qarşısındakı maşına çırpıb idarəetməni itirmişdi. Nəticədə "Gelandewagen” Heydər Əliyev prospektindəki digər yola çıxıb, üç piyadanı vurmuşdu. Daha sonra maşın aşıb yanmağa başlamışdı. Vurulan piyadalardan biri də ölmüş, Türkiyə vətəndaşları olan Mütəllib və Tekiş cütlüyü isə ağır xəsarət almışdı. Piyada ilə yanaşı, həmin vaxt Nailin yanında olan dostu da ölmüşdü
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







