İdman
ÇOX OXUNANLAR
28-10-2019, 14:08 Oxunub: 2508
Azərbaycanda toyda maraqlı hadisə: Bəyə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edildi - FOTO

Dünən Ağstafa rayonunun Qırılı kəndində qələbəlik yaşanıb. Kənd sakini İltifat Bəhrəmovun bayraqlarla bəzədilmiş həyətində qurulan toy mağarına toplaşmış kənd sakinləri, qohumlar, yaxınlar, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də, müharibə veteranları, qazilər, mülki libas geyinmiş hərbi qulluqçular Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovu toy günü münasibətilə təbrik edib, atasına və nənəsinə gözaydınlığı veriblər.
Vətənpərvərlik mahnı və şeirləri səslənib, hərbi qulluqçularla kənd cavanları qara zurnanın sədaları altında qol-qola verərək yallı halayına qoşulublar. Bu toy ordu ilə xalqın mənəvi birliyinin əsl nümayişinə çevrilib.
Mağar toyunun ən yaddaqalan hadisəsi isə bəyə üçüncü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təqdim edilməsi olub.
Müdafiə Nazirliyinin rəhbərliyinin bəylə gəlinə səmimi təbrikini çatdıran Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bu gün bəy kürsüsündə əyləşən silahdaşımız Azərbaycan Ordusunun nümunəvi əsgərlərindən olan Abuzər Bəhrəmovdur. O, İkinci Dünya Müharibəsindən qayıtmayan babasının adını daşıyır.
Abuzər də babası kimi könüllü əsgər gedib. 2016-cı ilin Aprel döyüşlərində həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak edib. Talış zirvəsinə zəfər bayrağımızın sancılmasında onun da payı var.
O, əsgərliyini başa vurduqdan sonra rəhmətlik anası Qəribə müəllimənin xeyir-duası ilə yenidən Azərbaycan Ordusuna qayıdıb və bundan sonrakı həyatını da Vətənə xidmət peşəsinə həsr edib. Xüsusi kurslar keçib, təlimlərdə peşəkarlığını artırıb və təcrübəli tankçı kimi yetişib.
Nəzərə çatdırılıb ki, bir neçə ay öncə əsgər A.Bəhrəmov həyatını təhlükəyə ataraq tank mərmisinin atımının partlayışı nəticəsində baş vermiş yanğının daha da güclənməsinin qarşısının alınmasında fəal iştirak etmiş və ağır dərəcəli yanıq xəsarətləri almasına baxmayaraq sonadək yoldaşlarına yardımçı olub.
Ağır vəziyyətdə olan əsgər hərbi tibbi helikopter ilə dərhal Bakıya çatdırılıb və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının peşəkar və təcrübəli tibb mütəxəssislərinin səyi nəticəsində ölümün pəncəsindən xilas edilib.
Sonra Müdafiə Nazirliyinin rəsmisi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu A.Bəhrəmovun Azərbaycan Respublikasının Prezidenti adından təltif olunduğu medalı alqış sədaları altında bəyə təqdim edib.
Saz musiqisinin sədaları altında görkəmli şair Davud Nəsibin “Torpaq” şeiri səsləndirilib.
Azərbaycan Yazıçılar Birliyi Qazax filialının rəhbəri, Əməkdar İncəsənət xadimi, şair-publisist Barat Vüsal “Yarama torpaq tökün” şeirini bəylə-gəlinə ərməğan edib.
Hərbi qulluqçular adından çıxış edən zabitlər Rasim Manafov, Elsevər Əhmədov və başqaları yeni ailə həyatı quran gənclərə xoşbəxtlik arzulayıblar.
Bəyin atası İltifat Bəhrəmov və Həqiqət nənə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







