İdman
ÇOX OXUNANLAR
30-10-2019, 13:22 Oxunub: 2350
Zakir Həsənov qarşıda duran mühüm məsələləri xatırlatdı

Sizi qonaqpərvər Azərbaycan torpağında salamlamağıma şadam. Azərbaycanda dostluq və xalqlarımızın ümumi irsi yüksək dəyərləndirilir. İlk növbədə Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərin Müdafiə Nazirləri Şurasının 77-ci iclasının Azərbaycanda keçirilməsi barədə qəbul olunmuş qərara görə Sizə öz təşəkkürümü bildirmək istərdim.
Oxu.Az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasında deyib.
Nazir ümid etdiyini bildirib ki, bugünkü iclas çox səmərəli, dolğun keçəcək və münasibətlərin gələcək inkişafına xidmət edəcək.
“Biz ümid edirik ki, bugünkü iclasımız ölkələrimiz arasında əməkdaşlığın inkişafına və dərinləşməsinə əlavə stimul verəcək, əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək. Habelə dövlətlərimizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
Ümid edirəm ki, hamınız Azərbaycanda olmağınızdan məmnun qalacaq və Bakı ilə daha yaxşı tanış olmaq və bu gün ölkəmizdə baş verən pozitiv dəyişiklikləri yaxından müşahidə etmək imkanını əldə edəcəksiniz.
Sonda burada olan hər bir kəsə ölkələriniz naminə qarşınızda duran məsuliyyətli və mühüm məsələlərin həllində uğurlar və səmərəli işləməyi arzu edirəm”, - deyə Z.Həsənov vurğulayıb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







