31-10-2019, 14:35 Oxunub: 2364

Lerik Rayon Təhsil şöbəsinin Mətbuat şurasının rəhbəri Əflatun Amaşova müraciətini bizim saytın izləyənlərin diqqətinə olduğu kimi catdırırıq.

Lerik Rayon Təhsil şöbəsinin Mətbuat şurasının rəhbəri Əflatun Amaşova müraciətini bizim saytın izləyənlərin diqqətinə olduğu kimi catdırırıq.
Azərbaycan Respublikası Mətbuat

Şurasının Sədri cənab Əflatun Amaşova



Lerik rayonu pedaqoji ictimaiyyətinin

müraciəti



Lerik Rayon Təhsil şöbəsinən haqda son zamanlar mətbuatda, müxtəlif saytlarda gedən qərəzli yazılara cavab olaraq, rayon təhsil işçilərinin. Mətbuat şurasının rəhbəri Əflatun Amaşova müraciətini bizim saytın izləyənlərin diqqətinə olduğu kimi catdırırıq.

Hörmətli Əflatun müəllim!



Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev siyasət nəhəngi, xalqımızın ümummilli lideri Heydər Əliyevin ustalıqla yaratdığı iqtisadi inkişafın start meydanında 16 il ərzində möhtəşəm proqramların işə düşməsi üçün çevik mexanizm qurmuşdur. Məhz cənab İlham Əliyevin rəhbərliyi ilə zaman-zaman artan neft gəlirləri ölkədə istehsal sənayesinin yaradılmasına, qlobal enerji layihələrinin reallaşmasına, yol-nəqliyyat infrastrukturunun genişləndirilməsinə, regionların inkişaf proqramlarının maliyyələşməsinə, ərzaq təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatının inkişafına, Azərbaycanda müdafiə sənayesinin yaradılmasına, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, səhiyyənin, mədəniyyətin və sair sahələrin inkişafına yönəldilmişdir.

Qloballaşan dünyaya Azərbaycan həm də təhsili və elmi ilə qovuşur. Təhsili cəmiyyətin ən vacib sahəsinə çevirən möhtərəm cənab İlham Əliyev ölkəmizin davamlı inkişafını bilavasitə təhsilin inkişafında görür.

Təhsilin infrastrukturunun yaxşılaşdırılmasına, xidmət edən yeni məktəb binalarının inkişafı Lerikdə də geniş vüsət almışdır. Son 16 il ərzində Lerik rayonunda 65 yeni məktəb binası tikilmiş, 22 məktəb binası isə əsaslı təmir olunmuşdur. Təkcə ötən bir il ərzində 10-dan artıq qəzalı vəziyyətdə olan məktəb binalarını modul tipli yeni binalar əvəz etmişdir. Bu xeyirxah iş bu ildə davam etdirilir.

Məktəblərimizin müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, şagirdlərə dərsliklərin pulsuz paylanılması, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qaydaların yaradılması, diaqnostik qiymətləndirmənin keçirilməsi, müəllimlərin əmək haqqlarının əsaslı şəkildə artırılması təhsilə və təhsil işçilərinə böyük qayğının canlı təzahürü olmaqla yanaşı, təhsilin keyfiyyətinə birbaşa təsir göstərən amillərdir.

Ölkə rəhbərliyinin və hökümətin təhsilə qayğısı öz bəhrəsini verməkdədir. Şagirdlərin təlim nəticələrinin təhlili nəticəsində belə qənaət hasil olunur ki, Lerikdə məktəblərimizin qazandığı uğurlar ilbəil yaxşılaşmaqdadır.

Lakin bəzi paxıl, uğurlarımızı görmək istəməyən qüvvələr, ya da kimlərinsə məqsədli sifarişlərini yerinə yetirənlər müxtəlif sosial şəbəkələrdə, mətbuat səhifələrində Lerik rayonunun o cümlədən Lerik təhsilinin qazandığı nailiyyətlərə kölgə salmağa çalışırlar. Belə üzdəniraq yazı müəlliflərinə demək istəyirik ki, faktlara, dəlillərə əsaslanmayan iddialar, əsassız yazılar böhtan və şayiə yaymaqdan başqa bir şey deyildir.

2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında Lerik rayonunun 326 nəfər məzunu iştirak etmişdir. Onlardan 152 nəfəri tələbə adını qazanmışdır.

Məzunlardan 24 nəfəri 500-dən, o cümlədən 5 nəfəri 600-dən yuxarı bal toplamışdır. Sevindirici haldır ki, yüksək bal toplayanların 50 nəfərini qızlar təşkil edir. Lərmərud kənd tam orta məktəbinin məzunu Rəvan Məmmədov 653 balla Dövlət İqtisad Universitetinə, Pirasora kənd tam orta məktəbinin məzunu Təhmin Həsənzadə 651 balla Polis Akademiyasına, Lerik şəhər 3 nömrəli tam orta məktəbin məzunu Nərmin Həşimova 612 balla Azərbaycan Dövlət Tibb Universitetinə, Bülüdül kənd tam orta məktəbinin məzunu Məmmədli Ümid 600 balla Tibb Universitetinə qəbul olunmuşlar. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qızlı medala layiq görülmüş, Züvüç kənd tam orta məktəbinin məzunu Zaur Səmədli yüksək etimadı doğruldaraq 644 balla Polis Akademiyasının tələbəsi adını qazanmışdır.

Lerik şəhər 3 №li tam orta məktəbinin 28 nəfər məzunundan 20 nəfəri ali məktəblərə qəbul olunmuş, 4 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir.

Məzunları ali məktəb qapılarını yüksək balla açan məktəblər arasında Blaband, Hamarmeşə, Siyov, Nücü, Veri, Monidigah, Çayrud, Rvarud, Tikəband, Vizəzəmin, Lüləkəran, Lerik şəhər 1 nömrəli tam orta məktəblərinin adlarını fəxrlə çəkə bilərik.

Yüksək balla ali məktəblərə qəbul olunan məzunlarla 28 avqust 2019-cu il tarixində Lerik Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə rayon rəhbərliyi məzunları parlaq nəticə münasibətilə təbrik etmiş, onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Hazırda yeni dərs ilinin başlanılmasını səbirsizliklə gözləyirik. Qarşıdakı dərs ilində uğurlarımızı daha da artıracaq, müasir texniki tərəqqi dövründə Vətənimizi yeni-yeni qələbələrə daşıya biləcək layiqli vətəndaşlar yetişdirmək naminə bilik və bacarığımızı əsirgəməyəcəyik!

Uğurlarımızı görmək istəməyənlərə isə sözümüz budur: “Ümumi işimizin ahəngini pozmağa əbəs yerə səy göstərməyin! Bədxah niyyətlərinizdən əl çəkin, Azərbaycanımızın çiçəklənməsi naminə siz də töhvənizi verin!”

Dərin hörmət və ehtiramla, Lerik rayonunun pedaqoji ictimaiyyəti adından.


Zöhrab Salayev

Lerik Rayon Təhsil Şöbəsinin müdiri:
Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək Ölkəmizdə aparılan islahatlar xalqımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək Gündəm / İqtisadiyyat Təhsil naziri müəllimləri təbrik etdi Təhsil naziri müəllimləri təbrik etdi Gündəm / Sosial "Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən islahatlara böyük qiymət verir"- Millət vəkili "Beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən islahatlara böyük qiymət verir"- Millət vəkili Gündəm / Dünya İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib İlham Əliyev Türkiyənin Təhsil nazirini qəbul edib Gündəm / Siyasət Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin ildönümü Gürcüstanda qeyd edilib Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin ildönümü Gürcüstanda qeyd edilib Gündəm / Siyasət
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…