İdman
ÇOX OXUNANLAR
31-10-2019, 18:07 Oxunub: 2382
"Qəbələ" boksçuları Antalya toplanışında

“Qəbələ” İdman Klubunun boksçuları Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Qol.az xəbər verir ki, klubun boks bölməsinin üzvləri iki həftədir qonşu ölkədə hazırlıq keçirlər.
Toplanışda 4 komandanın təmsilçiləri iştirak edir. “Qəbələ”nin 5 boksçusu - Rüfət Hüseynov (52 kq), Cavid Cələbiyev (63 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq) və Abdulkadir Abdullayev (91 kq) toplanışa qatılıb. Boksçularımız Türkiyə yığması, həmçinin Rusiyanın Sankt-Peterburq, Qazaxıstanın Karaqanda şəhərlərinin idmançıları da birgə məşq edirlər. Təlim-məşq toplanışı Azərbaycan yığmasının üzvü olan boksçular üçün 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının gələn il martın 13-23-də Böyük Britaniyanın paytaxtı Londondatəşkil olunacaq Avropa Olimpiya Təsnifat Turnirinə hazırlıq xarakteri daşıyır.
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















