İdman
ÇOX OXUNANLAR
31-10-2019, 18:20 Oxunub: 2372
Azərbaycanda dərmandan zəhərlənənlərin sayı niyə artır? - SƏBƏBLƏRİ AÇIQLANDI

“2019-cu il yanvar ayının 1-dən bu günədək 141 nəfər dərmandan zəhərlənmə şikayəti ilə bağlı müraciət edib”.
Bu haqda Lent.az -a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. O bildirib ki, zəhərlənmə hallarının baş verməsinə səbəb dərman preparatlarının keyfiyyətsizliyi deyil:
“Buna səbəb həkim məsləhəti olmadan insanların dərman preparatları alaraq, qəbul etmələridir”.
Tibb sahəsi üzrə ekspert, professor Adil Qeybulla isə bildirib ki, ümumiyyətlə, bütün dərmanlar həkim resepti ilə satılmalıdır:
“Təəssüf ki, hazırda ölkədə icbari sığorta tətbiq edilmədiyi üçün bu cür hadisələrlə tez-tez qarşılaşırıq. Xəstə özbaşına dərman ala bilməz, almamalıdır. İcbari tibbi sığortaya keçiddən sonra sığortalanmış vətəndaşların sosial müdafiəsi təmin olunacaq. Sonra belə məsələlərdə irəliləyişlər qeydə alınacaq”.
Professor qeyd edib ki, dünya praktikasında artıq resept olmadan xəstələrə dərman satışı qadağası tətbiq edilir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







