İdman
ÇOX OXUNANLAR
21-09-2019, 11:39 Oxunub: 2444
Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR

ABŞ Prezidenti Donald Tramp İranın Səudiyyə Ərəbistanına güman edilən hücumu ilə əlaqədar Yaxın Şərqə əlavə qoşun göndərilməsini təsdiqləyib.
"Report" xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib.
Bundan əvvəl ABŞ İranı Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etməkdə günahlandırıb. İran bu ittihamı rədd edib.
"Prezident, əsasən hava və raket hücumundan müdafiəyə yönələcək ABŞ qüvvələrinin yerləşdirilməsini təsdiqlədi", - deyə Esper bildirib.
"ABŞ İranla müharibəyə can atmır... amma çox sayda hərbi əməliyyat variantı var", - deyə o əlavə edib.
Virtualaz.org xatırladır ki, ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evdə jurnalistlərə açıqlama verərkən İrana qarşı hərbi tədbirlər planın onun masası üzərində olduğunu və vurulacaq hədəflərin müəyyən edildiyini bildirib.
Jurnalistlərə müraciət edən Tramp deyib: "Mən elə burada, sizin yanınızda əmr verə bilərəm: "Uşaqlar, başlayın”. Və bu, İran üçün çox pis gün olardı, sizlər isə yazmağa böyük mövzu əldə edərdiniz. Amma bu ən asan yoldur, ona görə də mən bunu etmək istəmirəm, əgər etməmək imkanım varsa”.
Prezident sonra əlavə edib ki, zərbələrin endirilməsində tələsməmək zəiflik əlaməti deyil, əksinə, onların gücünü göstərir...
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







