İdman
ÇOX OXUNANLAR
1-11-2019, 13:51 Oxunub: 2323
Avtobuslarda qiymətlər qalxacaq? – RƏSMİ AÇIQLAMA

"İlin axırında kartlaşma tam yekunlaşandan sonra, bütün xətlər kart sisteminə keçəcək. Ondan sonra bu ödənişlərdə şəxaləndirmə olacaq. Deyək ki, səhər pik saatların qiyməti ayrı ola bilər və yaxud da bir aylıq ödəmə etsən, kartın balansını artırsan bunun üçün müəyyən güzəştlər ola bilər. Dünya təcrübəsində belə şeylər var".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyi-nin (BNA) mətbuat katibi Mais Ağayev "Hər şey daxil” verlişində deyib. BNA rəsmisinin bu açıqlamasından sonra ağıllara "Bakıda da pik saatlarda bu sistem tətbiq oluna bilər mi?” sualını gətirir. Mövzu ilə əlaqədar BNA-nın mətbuat katibi Mais Ağayevlə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqlamasında bunun istisna olunmadığını bildirdi:
"Hansı şəhərlərdə ki, avtobus ödənişləri kartla həyata keçirilir o şəhərlərdə belə bir sistem var. Bizim indi əsas məqsədimiz kartlaşdırma sistemini ilin sonuna kimi yekunlaşdırmaqdır. Kart sistemi tam təmin olunduqdan sonra bu kimi məsələlərə baxılacaq. Amma deyə bilərəm ki, bu hal istisna olunmur. Məsələn, siz saat 9-da evdən çıxıb işə gedirsiniz, amma digər qrup insanlar isə həmin saatda evdən çıxıb anasıgilə gedir. Düşünürəm ki, bu sərnişin axınının idarə olunmasında köməkçi olacaq. Ona görə bu kimi halların qarşısını almaq üçün elə bir sistem tətbiq olunada bilər olunmayada”.
M.Ağayev eyni zamanda bir aylıq ödəmə sistemi məsələsinə də aydınlıq gətirib: "Məsələn, bu gün hər kəs deyir ki, niyə BakıKart terminalı yoxdur? Bizdə onun təhlili zamanı baxırıq ki, bir adam gün ərzində 27 dəfə ödəniş edir. Bu da həmin adamın çox zamanını alır. Mən bildiyim qədəri ilə Türkiyədə bu təcrübə olmalıdır. Yəni, bir dəfəlik 1 aylıq ödəniş etdikdə əlavə bonuslar gəlir və güzəştlər olunur. Bütün bunların hamısı rahatçılıq üçündür. Amma təbbi ki, bu məsələlər kartlaşdırılma sistemindən sonra düşünülə bilər. Mütləq demirəm ki, bu məsələ 100% həyata keçəcək. Kartlaşdırılma sistemindən sonra bu barədə düşünüləcək və uyğun olsa tətbiq olunacaq”.
BNA rəsmisi KİV-də mövzu ilə əlaqədar yazılan konkret başlıqlara da münasibət bildirdi: "Bu sistem hələ dəqiqləşdirilməyib. Bəzi saytlar harda nə eşitdi, onu da yazır
XƏBƏR LENTİ
16:59 | Lerik Bələdiyyəsinin rəsmi veb-saytının təqdimatı keçirilib 21:08 | Mirziyoyev İlham Əliyevi təbrik etdi 20:56 | Qorxmaz Hüseynovun dövründəki - Milyonluq mənimsəmələr üzə çıxdı 20:53 | Prezident bir qrup media nümayəndəsini təltif etdi - Siyahı 20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim







