İdman
ÇOX OXUNANLAR
1-11-2019, 16:13 Oxunub: 2400
Mikro, kiçik və orta sahibkar statusu qazanmaq üçün illik gəlir nə qədər olmalıdır?

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində addımlar atılır. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb.
Agentliyin məqsədi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdir. Agentlik, eyni zamanda, ölkə iqtisadiyyatında kiçik və orta biznesin rolunu möhkəmləndirmək, mühüm iqtisadi inkişaf göstəricilərində xüsusi çəkisini, rəqabət qabiliyyətini artırmağı qarşısına məqsəd qoyub.
Ən çox verilən suallardan biri isə mikro, kiçik və orta sahibkarların kimlər hesab olunması ilə bağlıdır.
Oxu.Az mövzunu araşdırmağa çalışıb.
Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiqlənib.
Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olandır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.
Mikro, kiçik və orta sahibkarlar üçün güzəştlər də nəzərdə tutulur. Bu barədə Vergi Məcəlləsində müddəalar var.
Məcəlləyə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır. Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisi də vermirlər. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar müvafiq şəhadətnamə aldıqları andan üç il müddətinə gəlir və mənfəət vergisindən azad olunur.
Kiçik sahibkar isə əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər.
Vergi Məcəlləsinə görə, kiçik və orta biznes (KOB) daxil olan şirkətlər KOB reyesterində qeydiyyata alındıqları andan etibarən yeddi il müddətinə mənfəət, torpaq, əmlak və əlavə dəyər vergisindən azad olunurlar.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







