İdman
ÇOX OXUNANLAR
2-11-2019, 15:28 Oxunub: 2380
Mübariz Məsimov Oqtay Gülalıyevin müalicəsini üzərinə götürdü

"Hüquq müdafiəçisi Oqtay Gülalıyevin keçirdiyi qəza ilə bağlı ailəsinə səbr diləyir, Oqtay bəyə isə tezliklə ayağa qalxmasını arzu edirəm. Mən şəxsən Oqtay bəyi tanımıram, amma son günlər mənə gələn mesajlardan sonra vəziyyətlə maraqlandım. İnsanlar durmadan mənə mesajlar və videolar göndərirlər.
Məndən Oqtay bəyə kömək etməyimi istəyirlər. Bəziləri məni hətta təhqir edərək nəyə görə kömək etmədiyimə dair məndən hesabat tələb edirlər. Əvvəla, təhqir yazanlara deyirəm ki, sözünüz varsa, ünvanımız hamıya məlumdur. Türkiyədə də, Azərbaycanda da. Mən anlamıram, bu nə söyüşlərdir yazırsız? Sizin evdə ananız, bacınız, nəhayət, ailəniz yoxdur? Biz millət olaraq artıq hörmət və sayqı hissini itirmişik. Bu adamlar azərbaycanlı ola bilməz və bu nalayiq ifadələri yazanları millətimdən saymıram. Təkrar edirəm, mənim üçün müxalifət də, iqtidar da eynidir. Bəziləri "Siz də qoxdunuz?”, "İqtidar sizi də ələ aldı?” – deyə, qəzəbli suallar ünvanlayırlar. Əzizlərim, mən Allahdan başqa heç kimdən qorxmuram! Mən sizin dediklərinizə sadəcə gülürəm. Dəfələrlə demişəm və yenə də təkrar edirəm: "Məni siyasətə qatmayın! Mən iş adamıyam. Mən Azərbaycanlıyam və əgər kiminsə mənə ehtiyacı varsa, onun nə iqtidar, nə də müxalifətçi olmasına baxıram”.
Turkustan.info xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov deyib. O bildirib ki, Azərbaycanda sığorta sisteminin işləməməsinin səbəbi hələ də ona məlum deyil: "Özümüzü dünya miqyasında zənn edirik, amma vətəndaşlar hələ də sığortası olmadan yaşayır. Hər vətəndaşın sosial müdafiə haqqı olmalıdır: istər dövlətdə, istərsə də özəl şirkətdə calışmasından asılı olmayaraq. Və belə hadisələrdə yardım kimlərdənsə deyil, sığorta şirkətindən istənməlidir. Bütün bunlara rəğmən, təbii ki, əlimdən gələn köməyi göstərməyə hazıram. Lakin bunu heç kim öz tərəfinə çəkməsin. Oqtay bəyin ailəsi ilə əlaqə yaradacaqlar və nəyə ehtiyacları olduqları ilə maraqlanacaqlar. Allah Oqtay bəyə yar və yardımcı olsun!”
Xatırladaq ki, O.Gülalıyev keçirdiyi avtomobil qəzasından sonra hazırda Neyrocərrahiyyə Xəstəxanasında koma vəziyyətindədir və onun müalicəsi üçün 7500 manat tələb olunduğu deyilir. Sosial şəbəkələrdə hüquq müdafiəçisinə yardım kampaniyası başladılıb.
/Cebhe.info/
XƏBƏR LENTİ
18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118 12:15 | Dövlətə sədaqət, xalqa xidmət nümunəsi: Polis polkovniki Cavid Muradovun fəaliyyət yolu 19:52 | Nümunəvi rəhbər və xeyirxah insan: “Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənovun həyat yolu və ictimai missiyası 21:24 | Əziz Nərgiz xanım – 65 illik ömrün müdrikliyi və nəcibliyi 10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi









