İdman
ÇOX OXUNANLAR
4-11-2019, 17:21 Oxunub: 2334
Sumqayıt və Abşeron istiqamətində tıxacla bağlı tədbirlərə başlanıldı

Günün pik saatlarında Bakı-Sumqayıt və Bakı-Abşeron istiqamətlərində yaranan tıxacı aradan qaldırmaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) layihələrin icrasına başlayıb.
Bu barədə Trend-ə DANX-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, ilkin olaraq Masazır istiqamətində olan marşrut xətlərində yenilənmə aparılacaq:
"Bu barədə müəyyən daşıyıcıların qarşısına tələblər qoyulub və 525 saylı marşrut xəttinə yeni 20 avtobus veriləcək. Yeni ildən həmin istiqamətlərdə avtobus parkının yenilənməsi və marşrut xətlərinin artırılması nəzərdə tutulur".
N.Allahyarova qeyd edib ki, sərnişinlərdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq monitorinq qrupu təşkil edilib:
"Bakı istiqamətində gələn sərnişinlərin şikayətlərini nəzərə alaraq monitorinq qrupu təşkil edilib. Onların köməyi ilə müəyyən olunacaq ki, hansı istiqamətlərdə avtobus çatışmazlığı var və bu kimi problemlər araşdırılacaq. Vəziyyəti yaxşı olmayan, 10 ildən artıqdır istifadədə olan, tutumu az nəqliyyat vasitələri yeniləcək. Yeni avtobuslar isə daha komfortlu, iritutumlu olacaq. Ən vacibi isə onlarda panduslar quraşdırılacaq".
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







