İdman
ÇOX OXUNANLAR
5-11-2019, 12:06 Oxunub: 2449
Prezidentin yeni təyin etdiyi gənc icra başçısından — NÜMUNƏVİ ADDIM

Prezident İlham Əliyevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin etdiyi Elnur Rzayev nümunəvi addım atıb.
"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, 39 yaşlı icra başçısı digərlərindən fərqli olaraq vətəndaşları hər gün qəbul etmək qərarına gəlib. Belə ki, Xaçmazda Elnur Rzayevin qəbulunda olmaq istəyən yerli sakinlərə hər gün səhər 10-dan etibarən onunla görüşək fürsəti yaradılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşəcək vətəndaşlar bu yolla öz problemlərini birbaşa ona çatdıracaq və yaranacaq neqativ halların həllinə tez bir zamanda nail olacaq.
Qeyd edək ki, Elnur Rzayev İcra Hakimiyyətinin başçısı təyin olunan zaman mətbuata açıqlamasında əlindən gələni əsirgəməyəcəyini bildirmişdi.
“Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram”,- deyə yeni icra başçısı vurğulamışdı.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







