İdman
ÇOX OXUNANLAR
5-11-2019, 14:11 Oxunub: 2403
Xidmət rəisini hədələyən tutuldu, Mübariz İbrahimovu təhqir edən isə hələ "tapılmayıb"

2019- cu il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb.
Bu əslində çox müsbət addımdır. Amma bir amması var.
Oktyabr ayında aktyor Azər Axşamın başına gələnlər barədə yəqin az- çox hamının xəbəri oldu. Xəbəri olmayanlara da xatırladım ki, kimsə məşhur aktyorun xanımının adından saxta hesab açaraq, onun adından milli qəhrəmanımız Mübariz İbrahimovun şəxsiyyətini çox nalayiq ifadələrlə təhqir etdi.

Xalqın sevgiylə xatırladığı şəhid və onun müqəddəs saydığı dəyərlərə toxunulması böyük narazılıq yaratdı. İşin içini bilməyənlər Azər Axşamı və ailəsini təhqir etdiər.
Azər Axşamla söhbətim zamanı o mənə dedi ki, bu başına gələn ilk iş deyil, 83 yaşlı anasının adından saxta profil açaraq aktyorları təhqir ediblər.Və o DİN-ə müraciət etsə də, problemi yaradanları tapa bilməyib.
Elə amma da budur. Polis mayorunu təhqir edən şəxsin kimliyi müəyyən edildi, Mübariz İbrahimovun ruhunu təhqir edən şəxs isə yox.
Əldə etdiyimiz məlumata görə bu gün saxta feyk hesablarından edilən hücumların səbəbkarlarını tapmaq mümkün deyil. "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırda Daxili İşlər Nazirliyi bu kimi hücumların arxasında gozlənən adamları tapmaqda çətinlik çəkir. “Məsələnin kriminal çalarları varsa bunun hansısa texniki həll yolları ola bilər”.
Bəli mayorun ölümlə təhdid edilməsi kriminal idi, amma elə kiminsə ailəsinin təhqir olunması da kriminladır, xalqın qəhrəman oğlunun adının çox nalayiq şəkildə işlədilməsi isə daha böyük kriminal hadisə idi. Cinayətkar isə tapılmadı. Axtarıldımı?
Bizimyol.info
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







