İdman
ÇOX OXUNANLAR
6-11-2019, 14:22 Oxunub: 2426
"Komandada özünəinam yaranıb" - İqor Ponomaryov

"Sabah"ın baş məşqçisi İqor Ponomaryovun müsahibəsini təqdim edirik.
- "Sabah” Premyer Liqanın 10-cu turunda səfərdə “Qəbələ”yə qalib gəldi. Matçla bağlı fikirlərinizi bilmək istərdik.
- "Qəbələ”nin evdə necə oynadığını bilirdik. Ona görə də hər şeyə hazır idik. Rəqibin pressinq edəcəyini gözləyirdik. Düzü, topa yiyələnməyə və oyuna diqtə etməyə daha tez sahib çıxa bilərdik. Bunun üzərində işləyəcəyik.
- Komandanız fasiləyə məğlub yollanmışdı. Amma ikinci yarıda iki qol vuraraq qalib gəldiniz. Maraqlıdır, fasilədə uşaqlara nə dediz?
- Xüsusi bir şey yoxdur. Uşaqlar başa düşdü ki, hələ heç nə itirilməyib. Qalib gəlmək üçün hələ 45 dəqiqə vaxtlarının olduğunu anlayırdılar. Döyüşkən ruhu itirmədiklərinə, əksinə, daha aktiv oynadıqlarına görə uşaqlara təşəkkür edirəm.
- "Sabah”ın bu qələbə sayəsində “qara zolaq”dan çıxdığını demək olar?
- Əslində həmin “qara zolaq” beş tur öncə bitdi. Biz beş turda 8 xal toplamışıq. Uşaqlarda özlərinəinam yaranıb, bütün komanda yaxşı durumdadır. Onlar təslim olmurlar, hər oyunda qələbə üçün sona qədər mübarizə aparırlar.
- Növbəti turdakı rəqibiniz “Sumqayıt”dır. Bu turu da qələbə ilə başa vura biləcəksiniz?
- Elə “Qəbələ” ilə görüşdən sonra psixoloji olaraq “Sumqayıt”la oyuna hazırlaşmağa başladıq. Fiziki mənada isə məşqlərimiz dünəndən başlayıb. “Sumqayıt”la görüşə də bundan əvvəlki oyunlara hazırlaşdığımız kimi hazırlaşırıq. Yəni, adi qaydada.
- 11-ci turdan sonra çempionatda iki həftəlik fasilə yaranacaq. Komanda qələbə qazanmağa başlamışkən bu fasilənin sizə necə təsiri olacaq?
- Bizim əsas millidə üç, gənclər yığmasında isə iki oyunçumuz çıxış edir. Bu fasilənin komanda üçün müsbət olacağını demək, çətindir. Digər tərəfdən isə millidə oyunçularımızın oynaması klub üçün fəxr olunası məsələdir. Onlar “Sabah”ı təmsil edirlər. Müsbət tərəf odur ki, zədəli oyunçularımız öz zədələrini sağalda bilərlər.
- Ehtimal var ki, mövsüm sonuna kimi baş məşqçi vəzifəsində qalasınız, yoxsa yeni baş məşqçi gələcək?
- Şərh vermək istəmirəm.
- "Qarabağ”ı çıxmaq şərtilə demək olar ki, bütün komandaların şansları eynidir. Alınacaq ardıcıl 2-3 qələbə ilə liderlər qrupuna düşmək mümkündür. “Sabah” bu cür şansdan istifadə edə biləcək?
- Biz bu yöndə çalışırıq. Həm oyunumuzu yaxşılaşdırmaq, həm də daha çox xal qazanmaq, yuxarı pillələrə yüksəlmək yönündə çalışmalarımız davam edir. (Sportinfo)
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







