İdman
ÇOX OXUNANLAR
6-11-2019, 16:52 Oxunub: 2387
Gələn ilin büdcəsi komitələrin “süzgəcindən keçdi” - Deputatların təklifləri nəzərə alınacaq

Noyabrın 6-da Milli Məclisin komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi davam etdirilib.
Oxu.Az-ın məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır.
“Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir”, - deyə H.Rəcəbli əlavə edib.
Maliyyə naziri Samir Şərifov qeyd edib ki, büdcənin sosialyönümlülüyü təmin ediləcək.
“Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.
Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək”.
Nazir bildirib ki, növbəti ildə Dövlət Neft Fondundan büdcəyə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə, 14,3 milyon manat az transfer nəzərdə tutulur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov söyləyib ki, büdcənin proqnozlaşdırılması çox çətin və mürəkkəb prosesdir.
“İlin əvvəlində nəzərdə tutulmayan və gözlənilməyən xərclərin icra prosesində meydana çıxması dövlət büdcəsində ehtiyat vəsaitlərin nəzərdə tutulmasını zərurətə çevirir. 2020-ci ilin dövlət büdcəsində dövlət borcunun yuxarı hədlərinin azaldılması nəzərdə tutulur, eyni zamanda, gələn ilin dövlət büdcəsində xərclərin həcmi cari ildəkinə nisbətən artacaq.
Bu isə dövlətin sosialyönümlü xərclərinin artması ilə bağlıdır. Növbəti ilin dövlət büdcəsində sosialyönümlü xərclər ən böyük həcmə malikdir”.
İclasda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rəhbərlik etdikləri qurumların əsas büdcə parametrlərində 2020-ci il üçün nəzərdə tutulan dəyişiklikləri açıqlayıblar.
Sonra deputatlar Rauf Əliyev, Elmira Axundova, Qənirə Paşayeva, İlham Məmmədov, Jalə Əliyeva, Sədaqət Vəliyeva, Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Mixael Zabelin 2020-ci ilin büdcə layihəsinin proqnozları ilə bağlı fikirlərini bildiriblər.
Qeyd olunub ki, gələn il ölkədə mühüm əhəmiyyət kəsb edən proqram və layihələrin icrası davam etdiriləcək, büdcə xərcləri sosial və investisiya yönümlülüyü saxlanılacaq.
Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov iclasda səslənən təklifləri cavablandırıb. O qeyd edib ki, bir sıra təkliflər nəzərdən keçiriləcək.
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















