İdman
ÇOX OXUNANLAR
8-11-2019, 09:43 Oxunub: 2389
Bakı Limanı Avropanın aparıcı logistika şirkətləri ilə əməkdaşlığı möhkəmləndirir

Xəbər verdiyimiz kimi, cari ilin aprel ayında Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan Niderland Krallığının Limburq əyalətinin Venlo şəhərində fəaliyyət göstərən aparıcı 7 şirkət Bakı Limanı ilə imzalanmış anlaşma memorandumuna əsasında əməkdaşlığa başlayıblar.
AZƏRTAC xəbər verir ki, əməkdaşlığın davamı olaraq “Cabooter Group”un rəhbəri Hans Cabooter və idarə heyətinin üzvü Peter Pardoel Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər. Görüş zamanı, əməkdaşlıq çərçivəsində Bakı Limanından keçərək Avropadan Çinə gedən ilk blok qatarın qarşılanması ilə bağlı müzakirələr olunub. Qeyd olunub ki, gələcəkdə Venlo-İstanbul-Bakı-Çin istiqamətində hərəkət edəcək qatarlar kənd təsərrüfatı, brend geyimlər, elektronika cihazlarının daşınmasında mühüm rol oynayacaq. “Cabooter” qrupla aparılan danışıqlar zamanı, həmçinin Venloda yerləşən Niderland Krallığının tanınmış Fontys Universiteti ilə yeni Bakı Limanı mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnmələri üçün limanda və Limburqda texniki peşəyönümlü təlim kurslarına cəlb olunması barədə ətraflı müzakirələr aparıb. Belə ki, Azərbaycanda ilkin seçimlərdən sonra, liman mütəxəssislərinin 6 aylıq müddətinə təlim və praktiki təcrübəyə cəlb olunmaları planlaşdırılır.
Səfər zamanı baş direktor Taleh Ziyadov qonaqları yeni Bakı Limanı ilə əyani tanış edib və onlara müasir və ən son texnoloji həllərin tətbiq olunduğu liman əməliyyatları barədə ətraflı məlumat verib.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







