İdman
ÇOX OXUNANLAR
26-09-2019, 11:43 Oxunub: 2410
Əhaliyə VACİB XƏBƏRDARLIQ: Qarşıdakı iki gün ərzində bunları etməyin!

Ölkədə meteohəssas insanlar üçün əlverişsiz durum proqnozlaşdırılıb.
Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Anews.az-a verilən məlumata görə, yaxın günlərdə Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq. Sürətin artmasına əsas səbəb kimi tac dəliyindən çıxan yüksək sürətli axınlar effektini göstərmək olar. Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.
Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik, lakin fasilələrlə fəal şərait müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən ikinci proqnoz günü, yəni 27 sentyabr tarixində günün ikinci yarısından etibarən maqnit qasırğasının olacağı gözlənilir. Eyni həyəcanlaşmanın 28 sentyabrda da davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyi bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.
Rəsədxanadan qeyd edilib ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stres və depresiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhətdir. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







