İdman
ÇOX OXUNANLAR
12-11-2019, 15:45 Oxunub: 2477
Bakıda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI

Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə göndərməyə maşın tapılmayıb.
qanunvekirminal.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu (İbrahimov) məlumat verib. O, xəstənin həyatına laqeyd yanaşan Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarının cəzalandırılmasını istəyib:
"Dünən noyabr ayının 11-i saat 22:26 radələrində həyat yoldaşım antibiotik dərman qəbul etdiyi üçün alerqik reaksiya vermişdi. Tənəffüsündə kəskin problem yaranmışdı, ürək döyüntüləri artmışdı, əlləri yığılmağa başlamışdı. Xırdalan şəhərində kirayədə yaşadığım üçün(özüm Bakı şəhərində qeydiyyatdayam) ərazi üzrə Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng etdim. Vətəndaşa qarşı gördüyüm biganə münasibət məni sarsıtdı.Deməli dispetçer həkimə dərdimi deyirəm, o da yanındakılardan soruşur. Bu da qalsın bir tərəfə.Dəstəyi götürən digər xanım işçi bildirir ki, hazırda maşınlarımız çağırışdadı, maşın yoxdur. Özünüz xəstəni aparın. Məsləhət gördülər ki, Ak. M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanaya müraciət edək. Sonra xəstəni taksi tutaraq aparmışam deyilən xəstəxanaya. Orada da xəstəyə biganə münasibətin şahidi oldum.Hər tibb işçisi bir söz dedi.Sonra bir əlil arabası verdilər ki, xəstəni reanimasiyaya aparın.Liftə minəndə xanım işçi qeyd elədi ki, sizə burada yardım göstərə bilməyəcəklər. Ən yaxşısı gedin Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə.Yenidən bir taksi tutub (Xəstəxananın həyətində təcili Tibbi Yardım avtomobili olduğu halda) deyilən xəstəxanaya getdim.Sağ olsunlar ki, Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsində lazımı tibbi yardım göstərildi. Mənə maraqlı olan odur ki, mənim həmin vaxt üstümdə pul olmasaydı mən xəstəmi necə maşın tutub aparacaqdım xəstəxanaya?Ya maşın tapıb xəstəmi xəstəxanaya çatdıra bilməsəydim nə olacaqdı?Bu vətəndaşa qarşı necə biganə münasibətdir?
Bu gün səhər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9103 "Qaynar xətti"nə zəng edib məlumat verdim. Sonra araşdırıb mənə cavab dedilər ki, həmin vaxt zəng edəndə maşın olmayıb. Sonradan da guya mənə zəng ediblər mən Təcili Tibbi Yardım maşınından imtina etmişəm.Halbuki elə bir məsələ olmayıb.İndi xahiş edirəm həmin təcili tibbi yardım stansiyasının vətəndaşa laqeyd yanaşan tibbi personalı cəzalandırılsın."
XƏBƏR LENTİ
11:45 | 27 vəzifəli barəsində intizam tədbiri görüldü 11:42 | Zəfər yolu ödənişli olur 11:38 | Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək 11:03 | Tehrana gedən körpü bombalandı 10:57 | Avtomobil sığortasında yeni qayda: 30 günə saziş bağlanacaq 17:47 | Mayda 14 gün iş olmayacaq - TƏQVİM 17:35 | Azərbaycan nefti bahalaşır - Manatın taleyi necə olacaq? 17:33 | 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür 15:26 | Mehman Qəhrəmanov: 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü: Tarixi həqiqətlərin unudulmayan ağrısı 11:40 | İşıqsız qalmalarına etiraz edərək küçələrə çıxdılar 11:36 | Sabahdan məktəblərdə dərslər başlayır 11:22 | Bayramdan qayıdan sürücülərə müraciət 11:17 | Xəzər üçün milyonlar: Böyük ekoloji layihə təsdiqlənir 10:49 | Paşinyan yenidən Baş nazir postuna namizədi oldu 10:12 | “O halda görüşməyə utanırdı” 10:06 | Rusiya Federasiyası Ali Məhkəməsində görüş keçirilmişdir



















