İdman
ÇOX OXUNANLAR
12-11-2019, 17:40 Oxunub: 2381
Pensiyalar artırılır, amma ortada başqa problem var
Önəmli olan artımlar deyil, həmin gəlir artımlarının inflyasiyanın yeminə çevrilməməsidirHesablama Palatası 2020-ci il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə bağlı rəyində maraqlı bir müqayisə verib. 2013-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği, pensiyaçılar üçün yaşayış minimumunun 181.4%-nə bərabər olub. Yəni orta pensiya ala bilən şəxs özünün minimum istehlakını ödəyəndən sonra aldığı pensiyanın 81.4%-i də cibində qalırmış.
Amma 2019-cu ildə həmin nisbət 167.8%-ə enib. Bu nisbətin azalması ona görə baş verib ki, 6 il ərzində qiymətlərin artımı gəlirlərin artımını xeyli üstələyib. Bu fakt, əslində 6 ildə pensiyaçıların həyat səviyyəsinin pisləşdiyini göstərir - baxmayaraq ki, həmin dövrdə aldıqları pensiyaların nominal məbləği xeyli artıb.
Bu rəqəmlərin nə dərəcədə etibarlı olması, minumum istehlak səbətinin dəyərinin nə qədər etibarlı şəkildə indeksləşdirildiyi ayrı mövzudur. Əsas odur ki, rəsmi statistika pensiyaçıların gəlirlərinin alıcılıq qabiliyyətinin xeyli azaldığını göstərir.
Bu, həm də onu göstərir ki, pensiyaların, maaşların nə qədər böyük məbləğdə artırılması önəmli deyil, önəmli olan həmin gəlir artımlarının inflyasiyanın yeminə çevrilməməsidir.
Rəydə göstərilir ki, minimum pensiyaların 1 ildə az qala artdığı şəraitdə belə, 2020-ci ildə orta pensiya-yaşayış minimumu nisbəti 186.6% olacaq. Yəni ən yaxşı halda 2013-cü ildəki səviyyəyə yaxınlaşacaq.
Bu statistika həm də büdcə xərclərinin niyə kəskin artığının sadə cavabıdır - büdcəni inflyasiya böyüdüb...
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







