İdman
ÇOX OXUNANLAR
14-11-2019, 14:25 Oxunub: 2340
Niyə Türkiyə ilə Azərbaycan birlikdə HƏRƏKƏT EDƏ BİLMİR - SƏBƏB

Türkiyə ilə Azərbaycan üçün “erməni məsələsi” ümumi problemdir.
Politoloq, ermənişünas alim Qafar Çaxmaqlı Redaktor.az-a açıqlamasında erməni məsələsində Türkiyə və Azərbaycanın birlikdə hərəkət etməməsinin səbəblərinə aydınlıq gətirib.
Politoloq hesab edir ki, Lavrov kimi erməni soylular var olduqca hələ ki, bu mümkün olmur:
“ABŞ Nümayəndələr Palatasında qəbul edilmiş “erməni soyqırımı” qərar layihəsinin keçməsi o demək deyil ki, bu, Konqresdən, senatdan da keçəcək. Hələ bundan sonra Prezidentin razılığı məsələsi də var. Qəbul edilən layihə siyasi qərardır və Türkiyənin Suriyadakı siyasətinə qarşı atılmış addımdır. Türkiyədən ABŞ istədiyini almadığına görə, hətta 1915-ci ilin 100-cü ilində belə gündəmə gətirilməyən bu məsələ NP-na gətirilib”.
Q. Çaxmaqlı ABŞ-da qəbul edilən qanun layihəsindən sonra Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistan səfəri çərçivəsində “erməni abidəsi”ni ziyarət etməsinin heç bir əlaqəsi olmadığını vurğulayıb:
“Rusiya son zamanlar ortada olan bu fikri dəyişdirməyə çalışır ki, Türkiyə ilə yaxınlaşma nəticəsində Qarabağ məsələsində Azərbaycan üstünlük əldə edib. Lavrovun İrəvanda verdiyi müsahibə də buna hesablanıb. Rusiya tərəfi erməniləri rahatladan və onlara dayaq olacaqlarını bildirən bəyanatlar verirlər. Bunları biz yaxşı hesablamalıyıq. Türkiyəni Qarabağ məsələsinə daha çox cəlb etmək üçün, bu problemin qardaş ölkənin də təhlükəsizliyinə təhdid olduğunu dilə gətirməliyik. Elə etməliyik ki, Türkiyənin Qarabağı azad etməkdən başqa seçimi olmasın. Türkiyə ilə Azərbaycan üçün “erməni məsələsi”nə baxış fərqli deyil. Bu mənada Türkiyə ilə Azərbaycan birləşməlidir. Bu məsələdə birlik olsa da, amma onu sistem halına gətirməyə ehtiyac var”.
Q. Çaxmaqlı qeyd edib ki, Rusiyanın qondarma soyqırım məsələsində mövqeyi bəllidir:
“Məlum yalanı da 1996-cı ildə qəbul edib. Bu məsələnin ikitərəfli siyasətin davamına heç bir təsiri yoxdur. "Erməni soyqırımı”nın qəbul edilməsi siyasi qərardır və Türkiyə qəbul etmədiyi təqdirdə mənası yoxdur. Biz çalışmalıyıq ki, Türkiyə Rusiyanı bizim haqlı mövqeyimizə tərəf gətirsin. Qarabağda antiterror əməliyyatları keçirəndə, tərəfsiz qalsın. Rusiya Suriya məsələsində ortaq mövqedən çıxış edir. Amma biz Qarabağ məsələsində də Kremli həmin mövqeyə gətirmək üçün çalışmalıyıq”.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







