İdman
ÇOX OXUNANLAR
14-11-2019, 16:21 Oxunub: 2317
Bizdə "Duzlu göl" də var...- "Böyükşor" adına lağ edənlərə Bakı Metropolitenindən Cavab
Ötən günlərdə "Bakı Metropoliteni "QSC "- nin baş mühəndisi Əlixan Osmanovun mətbuata verdiyi açıqlamada "Ulduz" stansiyasına "Böyükşor" adının verilməsi və daha bir neçə stansiyanın adlarının dəyişdirilməsi üçün ad təklif edilməsi xəbəri yayıldı. Qeyd edək ki, metro stansiyasına veriləcək "Böyükşor" adı əhalidə gülüş doğurmuş və şəxsi, sosial hesablarda bu ad lağa qoyularaq tənqid edilməkdədir.
Bununla bağlı Sonxeber.-az- a danışan Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında adların lağa qoyulmasını düzgün hesab etmədiyini və burda qəbahətli nəsə olmadığını deyib:
"Təbii ki, bəzi adlar olur ki, gülüş də, qıcıq da doğura bilir. Söhbət "Böyükşor "-dan gedirsə, deyim ki, burada qəbahətli heç nə yoxdur. Azərbaycanda coğrafi adların lağa qoyulması məncə doğru deyil. Bizdə "Duzlu göl" də var, yeri gəlsə bu ad belə qoyula bilər. Sataşmaq istəyən adam ölkənin ən böyük çayı olan Kürə belə söz qoşa bilər. Adlara belə yanaşmaq olmaz"
Bəxtiyar Məmmədov qeyd edib ki, ad addır. Belə adlar üzərində tarixi yük daşıyır və bu hallara daha həssaslıqla yanaşmaq məqsədəuyğundur. O, həmçinin bildirib ki, hər bir Azərbaycan vətəndaşının metro stansiyalarına adların veilməsi ilə bağlı öz mövqeyi, fikri ola bilər. Əslində Böyükşor adı və digər adların təklifi də məhz Bakı metropoliteninin mühəndisinin özünün fikri olub və hələki bu adın qoyulması nəzərdə tutulmur:
"Bakı Metropoliteninin baş mühəndisi də bir müddət əvvəl verdiyi açıqlamasında bildirib ki, bu metroların adlarını dəyişmək istəyirik. İfadə belə səslənib. Yəni, istəyirəm deyib. Əlixan müəllim də metro rəsmisi olduğuna görə bu məlumat rəsmi kimi də qəbul edilib. Hansısa stansiyaların adlarını dəyişmək və yaxud da yeni stansiyaya ad vermək istəyirik deyilməsi o demək deyil ki, biz artıq müraciət etmişik. Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyəti rəsmi şəkildə belə bir müraciət etməyib. Ad qoymaq Nazirlər Kabinetinin müstəsna səlahiyyətləridir. Adların verilməsi ilə bağlı müvafiq Komissiya da məhz nazirlər Kabineti yanında fəaliyyət göstərir. Adətən adların verilməsi hər hansı bir stansiyanın inşaatı başa çatandan sonra, yəni istismar ərəfəsində verilir. Ad qoyma Komiissiyası bu adları müzakirə edir. Yeri gəldikdə adlarla bağlı bizə müraciətlər də olur və yaxud da biz özümüz müraciət edirik. Qərarın verilməsi isə sonda Nazirlər Kabinetinin səlahiyyətində olur".
Bakı Metropoliteninin rəsmisi həmçinin dünya praktikasında metro stansiyalarının adları anlaşıqlı olsun deyə, stansiyanın yerləşdiyi coğrafi ərazidən götürülmüş ad və yaxud da da ölkə üçün əhəmiyyətli ola biləcək adların metro stansiyalarına verilməsini də diqqətə çatdırıb.
XƏBƏR LENTİ
18:14 | Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub 21:21 | Tanınmış yazıçı-jurnalist Eşqi Bağırovdan kömək istəyir 13:57 | Qonaqpərvərliyin, xeyirxahlığın və nümunəvi rəhbərliyin ünvanı – Pətək restoranın rəhbəri Hacı Məhərrəm 13:54 | Xeyirxahlığı, vətənpərvərliyi və uğurlu fəaliyyəti ilə seçilən iş adamı – “İST Petrol” şirkətinin direktoru Hacı Ramazan 13:13 | Üç zirvənin fatehi: Mir Cəlal – 118 12:15 | Dövlətə sədaqət, xalqa xidmət nümunəsi: Polis polkovniki Cavid Muradovun fəaliyyət yolu 19:52 | Nümunəvi rəhbər və xeyirxah insan: “Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənovun həyat yolu və ictimai missiyası 21:24 | Əziz Nərgiz xanım – 65 illik ömrün müdrikliyi və nəcibliyi 10:55 | Danışıqların ikinci raundu sabah keçiriləcək 10:34 | “Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası 10:22 | “Zarafat xoşuna gəlməyib, dərdini hər kəsə deyib” - Detallar 17:28 | İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi 16:37 | Tahir Gözel Müşahidə Şurasının sədri oldu 16:33 | Rəis müavini təyin olundu, general-mayor rütbəsi verildi 14:29 | Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər 14:26 | Yaşar Əməşov rəis müavini təyin edildi









