İdman
ÇOX OXUNANLAR
15-11-2019, 14:32 Oxunub: 2326
"Azəriqaz"dan sayğac AÇIQLAMASI: YALANDIR

Bu gün bir sıra informasiya mənbələrində “Azəriqaz” İstehsalat Birliyinin “smart-kart” tipli sayğaclardan imtina etməsi və ümumiyyətlə bundan sonra bu nəsil sayğacların quraşdırılmayacağı barədə yayılan məlumatlara aydınlıq gətirilib.
“Azəriqaz”dan verilən məlumata görə, yayılan məlumatlar həqiqətəuyğun deyil və belə bir qərar qəbul olunmayıb: “Əslində birlik maliyyə imkanlarını nəzərə alaraq “İTRON GALLUS” şirkətindən “smart-kart” tipli sayğacların alışını azaldıb. “Azəriqaz” belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən “smart-kart” tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək. Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə “smart-kart” tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək”.
Qurumdan verilən məlumatda qeyd olunub ki, mexaniki sayğaclardan istifadə edən abonentlərin ödənişləri son illər xeyli yaxşılaşıb, yığımlar demək olar ki, 100 faiz yerinə yetirilir: “Belə olan halda, mexaniki sayğacların quraşdırılmasında hər hansı problem görülmür və bu həm də “Azəriqaz” üçün maliyyə baxımından xeyli sərfəli hesab olunur.
Bəzi mətbuat orqanlarında “smart-kart” tipli sayğacların daha çox problem yaratdığı barədə deyilənlər də düzgün yanaşma deyil. Çünki “İTRON GALLUS” şirkətinin istehsal etdiyi sayğacların keyfiyyəti beynəlxalq sertifikatlarla təsdiqini tapıb və “Azəriqaz”in aldığı bu qurğularda hər hansı problem yaşanmır”.
XƏBƏR LENTİ
15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim 15:56 | Qobuda torpaq bitib, suallar bitmir: Bələdiyyə kimə hesabat verir? 13:01 | Alternativ Şuşa yolu istifadəyə verildi - Video 12:50 | Torpaq sevgisindən doğan qəhrəmanlıq... 12:42 | “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla 12:10 | Aqibət Məmmədov – quruculuq sahəsində peşəkarlığın və vətənpərvərliyin nümunəsi







