6-01-2021, 09:55 Oxunub: 2252

Leyla Seyidbəyova xəstələrə “racon kəsir”

Leyla Seyidbəyova xəstələrə “racon kəsir”




Dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların hamiləlik dövründə və ondan sonrakı müddətdə müayinəsi, uşağın dünyaya gətirilməsi qanunla pulsuz olsa da, bu prosedurları keçmək üçün rüşvət tələb olunur. Elə bu səbəbdən də qadınların çoxu hamiləlik dövründə qadın məsləhətxanalarına getmirlər. Tibb müəssisələrində rüşvət faktoru Azərbaycan ailələrində uşaqların xəstəlik və fiziki qüsurlarla doğulmasına da təsir göstərir. Gələcək anaların hamiləlik dövründə tibbi müayinədən keçməmələri sonradan problemlərin yaranmasına yol açır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycan qadınlarının 60-80 faizi hamilə olduqları müddətdə məsləhətxanalara getmirlər. Bu isə onların gələcək övladlarının fiziki və əqli qüsurlarla dünyaya gəlməsinə və ölümünə səbəb olur.
Görəsən hamilə qadınlarımızı qadın məsləhətxanalarından yan qaçmağa məcbur edən səbəb doğurdanmı rüşvət faktorudur? Bu suala aydınlıq gətirmək məqsədilə üz tutduq 7 saylı doğum evinin qadın məsləhətxanası şöbəsinə… Burada ginekoloji kabinetlərin qarşısında gözləyən hamilə qadınlarla söhbətləşib, müayinələrdən keçmək üçün pul tələb olunub-olunmadığını öyrənməyə çalışdıq. Xəstələrdən öyrəndik ki, əslində tibb müəssisəsi pulsuz xidmət göstərsə də, hər müayinənin öz haqqı var: “Hamiləsinizsə, ilk növbədə qandakı infeksiyaların təyini üçün analiz verməlisiniz. Bu laborator müayinənin qiyməti 35 manatdan başlayır. Daha sonra xəstə qanda şəkərin, hemoqlobinin təyini üçün laborator müayinədən keçir. Bu analizlərə görə isə 4-8 manat tələb olunur. Qanda laxtalanmanın səviyyəsini dəqiqləşdirmək üçün isə ödəniş lazımdır. Daha sonra hamilə qadın nəcisdən və sidikdən analizlər verməlidir. Qadın məsləhətxanalarının nəzdində fəaliyyət göstərən laborotoriyada 5 manat bu analizlərə görə alınır. Yaxmanın mikroskopiyasının qiyməti isə 10 manatdır. Hamilə qadının “Ultrasəs” (UZİ) müayinəsindən keçməsi üçün isə 15-30 manat arası pul tələb olunur”. Həmsöhbətlərimizin dediklərinə görə, bu yoxlamalardan keçdikdən sonra ana olmağa hazırlaşan qadın təkrar ginekoloqun yanına gedir. Laborator müayinələrin nəticələrinə görə, resept yazan həkimə ən azı 20 manat “hörmət” edilməlidir. Hamilə qadınlarla söhbət zamanı onu da öyrəndik ki, müayinələr üçün pul vermədikləri təqdirdə qeydiyyata almırlar. Onların sözlərinə görə, belə halda hamilə qadını məcbur edirlər ki, pasport qeydiyyatında olduğu ünvanda qeydiyyata düşsün. Bu isə çox vaxt mümkün olmur. Bəzilərinin Bakıda qeydiyyatı yoxdur, ona görə də, məcbur olub müayinə, qan analizləri üçün tələb olunan məbləği ödəyirlər.
Beləliklə bir hamilə qadının lazımi tibbi müayinələrdən keçməsi üçün nə qədər pul tələb olunduğunu kiçik araşdırma zamanı üzə çıxartdıq. Beynəlxalq standartlara görə, hamilə qadınların bu müddətdə müayinələrdən keçməsi üçün həkimə müraciət sayının ən azı 9 dəfə olmasını nəzərə alsaq, xərc 9 dəfə böyüyür. Yuxarıdakı məbləğlə 9 dəfə müayinə üçün həkimə müraciət edən hamilə qadın bu dövr ərzində təxminən 900 manat xərcləməlidir. Amma bu məbləğ yalnız dövlət səhiyyə sisteminin müəssisələrində laborator analizlərə tələb olunur. Bütün səhiyyə ocaqlarında hamiləlik müddətində və doğuş zamanı pulsuz yardım göstərilməlidir. Bəs onda niyə vətəndaşlar 7 saylı doğum evinin qadın məsləhətxanası şöbəsində soyulur?
Onu da xatırladaq ki, bu xərclərə doğuş xərclərini (yəni ən azı 800-1500 manat arası) də əlavə etsək, bir uşağın dünyaya gəlməsi valideynə ən azından 2000-3000 manata başa gəldiyinin şahidi olarıq. Xatırladaq ki, 7 saylı Doğum Evinin baş həkimi Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində işləmiş Leyla Seyidbəyovadır. O, bundan əvvəl də həmin doğum evinin baş həkimi və Bakı Baş Səhiyyə İdarəsinin müdiri vəzifələrində işləyib və daim adı müxtəlif korrupsiya olaylarında hallanıb.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ Gündəm / Sosial İcbari tibbi sığorta üçün son 44 gün - Dəyişikliklərlə bağlı rəsmi açıqlama İcbari tibbi sığorta üçün son 44 gün - Dəyişikliklərlə bağlı rəsmi açıqlama Gündəm / Sosial Azərbaycanda hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb Azərbaycanda hər 1000 kişiyə düşən qadınların sayı hiss edilən səviyyədə azalıb Gündəm / Sosial Bakıda polis hamilə qadının həyatını XİLAS ETDİ Bakıda polis hamilə qadının həyatını XİLAS ETDİ Gündəm / Sosial Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR Gündəm