İdman
ÇOX OXUNANLAR
24-05-2021, 17:12 Oxunub: 2314
Saatlıda polis əməkdaşları rayon ərazisində vətəndaşın itirdiyi pul kisəsini taparaq özünə qaytarıblar

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata gorə, Saatlı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları, polis serjantları Samir Cahangirov və İbadət Abdullayev rayon ərazisində xidmət aparan zaman içərisində sənədlər, qızıl-zinət əşyaları, pul və plastik kartlar olan pul kisəsi aşkarlayıblar.
Polis əməkdaşları dərhal pul kisəsini RPŞ-nin Növbətçi Hissəsinə təqdim ediblər və həmin əşyaların sahibinin tapılması istiqamətdə zəruri bütün tədbirlər həyata kecirilib.
Qısa müddət ərzində həmin pul kisəsinin rayonun Heydərabad kənd sakini S.Abasovaya məxsus olduğu müəyyən edilib və həmin xanım RPŞ-nə dəvət olunaraq şəxsi əşyaları ona təqdim olunub.
Pul kisəsinin təhvil alan zaman həmin xanım başına gələn hadisə ilə bağlı həyacan keçirdiyini, lakin vətəninə şərəflə xidmət edən polis əməkdaşlarının ona məxsus əşya və pulları taparaq qaytardıqlarına görə çox sevindiyini bildirib. S.Abasova Azərbaycan polisinə öz təşəkkürünü çatdırıb.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







