İdman
ÇOX OXUNANLAR
7-06-2021, 05:59 Oxunub: 2285
Mina partlayışında yaralanan AzTV əməkdaşı xəstəxanadan evə buraxılıb

İyunun 4-də Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək yaralanan "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Emin Məmmədov xəstəxanadan evə buraxılıb.
"Report”un xəbərinə görə, bu barədə o, özü məlumat verib.
E.Məmmədovun sözlərinə görə, yüngül yaraları var və dünənki partlayışda həlak olan Məhərrəm İbrahimov və Sirac Abışovun məzarını ziyarət etmək üçün bu gün Bakıya gələcək.
Qeyd edək ki, ötən gün səhər saatlarında azərbaycanlı jurnalistləri daşıyan maşın Kəlbəcərin Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) şəhid olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







