İdman
ÇOX OXUNANLAR
5-07-2021, 12:54 Oxunub: 42327
Göyçay sakini arvadını və özünü niyə öldürüb? - Dəhşətli cinayətin TƏFƏRRÜATI + FOTO

Göyçay rayonunda baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.
Hadisə nəticəsində əri tərəfindən qətlə yetirilmiş Ülviyyə Cavadovanın anası Zivər İsrafilova APA-nın yerli bürosuna bildirib ki, qızı ilə qonşu olan Elnur 15 il əvvəl ailə qurub, qızının tibb bacısı diplomu olsa da, həyat yoldaşı heç vaxt onun işləməsinə icazə verməyib:
"Kasıb ailə olublar, dolanışıqları çox zəif olub, qızım evdən bayıra çıxan olmayıb, evdar qadın olub, onun ailəsində kasıbçılıqla əlaqədar həmişə söz-söhbət olub. Hadisə baş verən gün eşitdik ki, Elnur həyat yoldaşı Ülviyyəni Göyçay şəhərinə aparıb, ona şirniyyat sexində, özünə isə marketdə iş tapıb. Onlar evə qayıdandan sonra Elnur yoldaşını evin qarşısındakı meyvə bağına aparıb, kolluqda gizlətdiyi başqa adama məxsus ov tüfəngi ilə onu öldürüb. Sonra özü kolluq ərazidə intihar edib”.
Ülviyyənin qardaşı Rəşad İsrafilov APA-nın yerli bürosuna bildirib ki, bacısının ailəsi çox kasıb idi, Elnur narkotik aludəçisi olduğu üçün heç yerdə işləmirdi, əsəbləri pozulmuşdu, bacısına görə o, ailəyə həmişə maddi yardım edirdi. Rəşad son bir ildə yeznəsinə hissə-hissə 10 min manata yaxın pul verdiyini bildirib. O, buna baxmayaraq, Elnurun bacısına çox zülm etdiyini, onu bədbəxt elədiyini bildirir, uşaqlarının gözü önündə onu öldürməsini qəbul edə bilmir.
Mərhumun bacısı Səidə Cəbrayılova bildirib ki, hadisə qısqanclıq və ya namus üstə olmayıb:
"Bacımı kənddə hamı namuslu qadın kimi tanıyır, onun adı heç vaxt pis qadın kimi hallanmayıb. Kasıb idi, həyətində toyuq-cücə bəsləyən, əkin-biçinlə məşğul olan zəhmətkeş qadın idi. Onun yoldaşı Elnur isə çox əsəbi, narahat adam idi. Ülviyyə 15 il ailəli olduğu müddətdə ilk dəfə sevinərək mənə zəng edib dedi ki, həyat yoldaşı ilə birgə şəhərdə işləyəcəklər, bundan sonra onların da öz qazancı olacaq, dolanışıqları yaxşılaşacaq, uşaqlar böyüyür, onları oxutmaq üçün pul toplayacaqlar. Onun arzusu ürəyində qaldı. Bacım ölümündən iki saat öncə mənə dedi ki, yoldaşım Elnuru əsəb xəstəliyinə görə müalicə etdirmək üçün qardaşımdan alıb evdə gizlətdiyim 150 manatı Elnur götürərək xərcləyib, sonuncu dəfə buna görə Elnurla Ülviyyə arasında söz-söhbət olub. Bacım mənə zəng edib iş tapdıqlarını deyəndə Elnurun ona işləməyə icazə verməsinə heç inanmadım. Bu gün onlar işə çıxacaqdılar, amma belə dəhşətli ailə faciəsi baş verdi, uşaqlar yetim qaldı”.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim... 13:00 | Mehriban Əliyeva – Zəka, məsuliyyət və humanizmin vəhdəti 12:00 | Azərbaycan Qadınının Zirvəsi: Mehriban Əliyeva 11:30 | Mehriban Əliyeva: Humanizmin, zəkanın və xidmətin bariz nümunəsidir 21:39 | Mehriban Əliyeva – humanizm, xeyirxahlıq və dövlətə xidmət nümunəsi 15:59 | Nəriman Əlixanov – Hörmət və etimad qazanan ömür yolunun sahibi 10:44 | Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevə doğum günü təbriki 13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki















