İdman
ÇOX OXUNANLAR
5-07-2021, 13:10 Oxunub: 62263
Saxta əlilliklə bağlı 10-dan çox vəzifəli şəxs işdən qovuldu - RƏSMİ

Əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın, obyektivliyin təmin edilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən davamlı tədbirlər görülür.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində Agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.
Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.
Qeyd edək ki, Agentlik TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə müraciət etmiş şəxslərin əmək qabiliyyətinin müvəqqəti və ya tam itirilməsinin ekspertizasının aparılması, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkili, həmçinin Tibbi Sosial Ekspert Komissiyalarına (TSEK) göndərişlərin düzgün verilməsi məqsədilə Həkim Məsləhət Komissiyalarının fəaliyyətinə nəzarət edir.
Əlilliyin qiymətləndirilməsində operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, bu sahədə işin keyfiyyətini yüksəltmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin verilməsi prosesini tənzimləmək məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq tədbirlər görülür.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







