26-08-2022, 09:45 Oxunub: 2231

Azərbaycanda film kimi hadisə: Vətəndaşlar belə "tor"a düşdülər - VİDEO





















Bir qrup Şəki sakini dələduzluğun qurbanı olduqlarını iddia edirlər. İddialara görə, özünü ''AYSEL GLLT'' rəsmi lotoreyasının rəhbəri kimi təqdim edən Sumqayıt sakini Aysel Sətxanova rayonun Orta Zəyzid kəndindən olan Turan Bəkirova, Oxud kənd sakini Aynur Məmmədova və onun bacısı qızı Dinar Kərimova ilə əlbir olaraq bir sıra insanlara votsap vasitəsilə linklər göndərərək guya yatırım tipli lotoreyaya qoşulmaları üçün şirnikləndirici vədlər veriblər.


Zərərçəkənlər  deyiblər ki, onlara bir neçə mərhələ üzrə qazanc əldə edə biləcəkləri izah edilib. Bildirilib ki, ilk dəfə 35 manat ödəyən insanın 15 gündən sonra 280 manat, ikinci mərhələdə 105 manat ödəyib 840 manat, üçüncü mərhələdə 170 manat ödəyib 1360 manat, sonuncu mərhələdə isə 625 manat qoyaraq 5000 manat qazana biləcəkləri vədi verilib. Cəlbedici təkliflərə inananlar onlara göndərilən kartlara külli miqdarda pul köçürüblər.

Lotoreyaya qoşulmaq üçün yaradılmış qrupa təxminən 150 nəfər qoşulub. Onların 300 manatdan 10 min manatadək karta pul köçürdükləri deyilir. Daha sonra özlərini lotoreya sahibləri kimi təqdim edən şəxslər yoxa çıxıblar.

Məsələ ilə bağlı DİN -in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, adları qeyd olunan şəxslər bir sıra şəhər və rayonlarda da analoji əməlləri törətdikləri üçün faktla bağlı cinayət işi başlanıb. Vətəndaşlardan daxil olmuş eyni məzmunlu şikayətlərlə əlaqədar toplanmış materiallar istintaqı aparılan cinayət işinə əlavə edilməsi üçün göndərilib.

Xəzər Xəbər

Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən bankirdən YENİ XƏBƏR Külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən bankirdən YENİ XƏBƏR Gündəm / Sosial Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Milli Məclisdə gender bərabərliyinin təmin edilməsi sahəsində 2020-ci il üzrə məlumat dinlənilib Siyasət “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial Otuzuncu illərin “seks simvolu” - Ölümünə sarı saçları səbəb oldu Otuzuncu illərin “seks simvolu” - Ölümünə sarı saçları səbəb oldu Dünya Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız Pula görə baltalanan, meyiti meşədən tapılanlar - Rusiyada qətlə yetirilən soydaşlarımız Gündəm / Hadisə
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim