İdman
ÇOX OXUNANLAR
30-06-2021, 10:33 Oxunub: 52531
"Ailəsi mənə halallıq verdi..." - Polad Həşimov adına futbol klubu yaradan tanınmış aktyor

"İkinci Qarabağ savaşı başlamazdan öncə məndə bu ideya var idi ki, futbol klubu yaradım. Sadəcə olaraq futbol klubunun adı yox idi. Şuşa ilə Ağdam adı arasında qalmışdım, seçim edə bilmirdim. Müharibə başlayanda Türkiyədəki bütün işlərimi, serial, film və digər çəkilişlərimi saxlayıb, Qarabağa-Fizuliyə döyüşə yollandım. Bir gün Fizulidə döyüşdə olanda Türkiyədəki şirkətimizdən mənə zəng gəldi ki, biz artıq ssenari olaraq Qarabağ müharibəsini yazırıq, maraqlananda gördüm ki, Polad Həşimovun həyatını yazıblar. Müharibənin içində olduğum üçün bu mövzu ilə maraqlanmağa vaxtım yox idi. Müharibə bitdi, yenidən Türkiyəyə qayıtdım və öz-özümə dedim ki, onsuz da futbol klubunu açmağa qərarlıyam, bu, Polad Həşimov adına futbol klubu olsun. Zatən Polad Həşimovun şəhid olması xəbərini Türkiyədə də böyük hüznlə qarşıladıq və mən o an özümə söz verdim ki, Polad Həşimovun adının yaşaması üçün əlimdən gələni edəcəyəm".
Bunu Moderator.az-a açıqlamasında Polad Həşimov adına futbol klubu yaratmış tanınmış aktyor Nihad Ələsgərov deyib. O, daha sonra əlavə edib.
"Futbol klubu yaratmaq istəyimi Polad Həşimovun ailəsi xoş qarşılayıb, mənə halallıq verdilər. Bir kəlmə dedilər ki, nə dəstək lazımdırsa, biz hazırıq. Bu həm futbol klubudur, həm də futbol məktəbi. Bizim fərqimiz bu olacaq ki, biz Türkiyədə turnirlərdə oynayacağıq. Mənim Türkiyədə çox yaxşı münasibətdə olduğum futbol klubları var, oralarda yaxın dostlarım çoxdur. Klub artıq 2 həftədir ki, məşq proseslərini davam etdirir. Klubda 4 yaşından 15 yaşına qədər qız və oğlanlar oynaya bilərlər. Futbola yeni başlayan uşaqlar üçün klubda oynamaq ödənişli, digər kateqoriyadan olanlar üçün isə ödənişsizdir. Bir də şəhid və qazi övladları üçün klubda oynamaq birmənalı olaraq ödənişsizdir. Mənim adım futbol klubunda rəhbər olaraq gedir, amma bu, Polad Həşimovu, vətənini sevən hər bir vicdanlı insanın klubudur. Klubu yaratmazdan 6 ay öncə götür-qoy etdim, çox düşündüm ki, hər şey yaxşı olsun, çünki nəticədə bir qəhrəmanın adını daşıyacaqdı klub. Mənimlə işləmək istəyən çox məşqçi var idi, amma bu klub generalın adını daşıdığı üçün uşaqlarla işləmə səbri olan, vicdanlı insanı seçmək mənim üçün önəmli idi. Ona görə də klubumuza peşəkar futbol veteranı Emin Mustafayevi baş məşqçi seçdim. Məqsədlərimiz odur ki, uşaqlarımız vətənpərvər ruhda böyüsün, peşəkarlaşıb Türkiyədə oynasınlar, Polad Həşimovun adı Türkiyədə də yaşasın, Azərbaycan futboluna az da olsa xeyrimiz toxunsun" - deyə Nihad Ələsgərov deyib.
Qeyd edək ki, Nihad Ələsgərov Türkiyədə bir çox film və seriallarda rol alıb.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







