İdman
ÇOX OXUNANLAR
4-03-2022, 05:30 Oxunub: 211 055
Voleybol turniri keçirilir

Gənclər və İdman Nazirliyinin (GİN) fevralın 27-dən start verdiyi, 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman həftəsi” çərçivəsində voleybol turnirinə start verilib.
Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışdan öncə turnirin açılış mərasimi olub. AVF-nin baş katibi Fərid Xəlilov və GİN-nin sektor müdiri Nicat Həsənov çıxış edərək komandalara uğurlar arzulayıblar.
Ardınca yarışın ilk matçının start fiti verilib. Bakı şəhərinin gənclər və idman idarələrinin əməkdaşlarından ibarət “Bakı” komandası və Gənclər və İdman Nazirliyinin "GİN" komandasına 2:0 (25:19, 25:18) hesabı ilə qalib gəlib. AVF-in “Veteranlar”ı isə jurnalistlərdən ibarət “Media” komandasını həmin hesabla (25:7, 25:7) məğlub edib.
Reqlamentə əsasən, sabah 1-ci yer uğrunda "Veteranlar" komandası "Bakı" ilə, 3-cü yer üçün isə "Media" "GİN" komandası ilə mübarizə aparacaq.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







