6-08-2022, 09:39 Oxunub: 2281

"Qarabağ" "Səbail"i qəbul edəcək




















Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu keçiriləcək.


Son çempion "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edəcək. FIFA referisi Rauf Cabbarovun idarə edəcəyi qarşılaşma saat 20:00-da başlayacaq.

"Köhlən atlar" bu görüşdə 2 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək. Müdafiəçilər Maksim Medvedevlə Kevin Medina zədə səbəbindən mövsümün ilk oyununu buraxacaqlar. "Səbail" isə yeni baş məşqçisi Mahmud Qurbanovun rəhbərliyi altında ilk rəsmi matçına çıxacaq.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 15-i Ağdam klubunun, 2-si paytaxt təmsilçinin xeyrinə başa çatıb. 2 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 38:7.

“Qarabağ” son 6 ev oyununda qələbə qazanıb. Son 4 oyunda üç və ya daha çox qol vurulub.

Azərbaycan Premyer Liqası

I tur

6 avqust

20:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
VAR hakimi: Fərid Hacıyev
VAR hakiminin köməkçisi: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
“Azersun Arena”.

Qeyd edək ki, mövsümün açılış oyununda "Zirə" "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib. Tura avqustun 7-də keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və avqustun 8-də oynanılacaq "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

"Neftçi" üç, “Qarabağ” iki cavabsız qolla qələbə qazanıb "Neftçi" üç, “Qarabağ” iki cavabsız qolla qələbə qazanıb Gündəm / İdman "İngiltərə Premyer Liqasında oynamağı çox istərdim" - Emil Balayev "İngiltərə Premyer Liqasında oynamağı çox istərdim" - Emil Balayev Gündəm / İdman "Gənclərə şans verməliyik, qorxmaq lazım deyil" - Ayxan Abbasov "Gənclərə şans verməliyik, qorxmaq lazım deyil" - Ayxan Abbasov Gündəm / İdman “Şah” məğlubiyyətini şərh etdi: Çempion olmaq qismətimizdə var “Şah” məğlubiyyətini şərh etdi: Çempion olmaq qismətimizdə var Gündəm / İdman “Şəhriyar Teymurdan güclüdür” – Türkan Məmmədyarova “Şəhriyar Teymurdan güclüdür” – Türkan Məmmədyarova Gündəm / İdman
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim