19-09-2022, 10:10 Oxunub: 2258

Qurban Qurbanov 4 qol vuran oğlu haqda - “Hələ hazır deyil”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda səfərdə “Zirə”ni 7:1 hesabı ilə məğlub edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

O, əvvəlcə matç barədə danışıb: “Öncə futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olmağımıza baxmayaraq, futbolçular dayanmırdılar, sürəti artırırdılar. Bu, çox vacib hallardan biridir. Neçə vaxtdır sıx qrafikdə idik. Amma ümumən bu, hiss olunmadı. Sıx qrafikdə çox əziyyət çəkdilər, sona qədər çətinliklərə dözdülər”.

Daha sonra təcrübəli mütəxəssis qarşılaşmada 4 qol vuran oğlu Musa Qurbanlıdan söz açıb:  “Musa hələ “Qarabağ” üçün tam hazır olmalıdır, sonra milli üçün. Milli barədə mən fikir bildirə bilmərəm. Çünki, yığmanın öz idarəediciləri var. Futbolda qol vuran oyunçuya maraq həddən çox olur, onun haqda müsbət fikirlər yaranır. Bu gün Musanın 4 qol vurmağı o demək deyil ki, o, tam hazırdır. Dəfələrlə demişəm ki, mənim üçün vacib olan stabil göstəricilərdir. Bu, çox vacibdir. Bunun üçün mərhələlər var. Bu mərhələlərin hamısını keçmək lazımdır. Çempionat oyunu, Avroliqa oyunu var. Bunlar hamısı mərhələlərdir. Ümumən gündən-günə inkişaf varsa, demək ki, yaxşılığa doğru gedir. Tək Musa yox, Toral, Elvin və digər oyunçuların da tam hazır olub, təcrübəlilərin sırasına qoşulmasını istəyirik. Musanın etməli olduğu çox şey var. Öz üzərində çox işləməlidir. Biz də məşqçilər olaraq hər futbolçunun idman formasını daha da yaxşılaşdırmasıns çalışacağıq.

Çalışdırıcı matç ərzində futbolçusu Kadi Borxesə əsəbiləşməsinə də toxunub: “Söhbət kobudluqdan getmirdi, çox kobud oynamamışdı. Kart almaq üçün getmişdi, ona görə. Əsəblərini qoruya bilməmişdi. Bəli, sərt mübarizə idi. Sanki nəyisə göstərmək istəyirdi. Mənə nəyisə göstərmək lazım deyil. Elə oyunçular var ki, rəqibi qıcıqlandırıb, sarı vərəqə aldırırlar. Buna hirslənmişdim. İnanıram ki, qarşıdakı oyunlarda əsəblərini qoruyub saxlaya biləcək”.

"Gənclərə şans verməliyik, qorxmaq lazım deyil" - Ayxan Abbasov "Gənclərə şans verməliyik, qorxmaq lazım deyil" - Ayxan Abbasov Gündəm / İdman Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Ömər Eldarov: Tələbələrin əl işləri şəhərdəki bir çox əsərlərdən daha uğurludur - MÜSAHİBƏ Gündəm / Sosial “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti “Yas mağarına onun paltarlarını geyinib getdim... dedilər ağlını itirib...” - Şəhid əmanəti Gündəm / Sosial “Şəhriyar Teymurdan güclüdür” – Türkan Məmmədyarova “Şəhriyar Teymurdan güclüdür” – Türkan Məmmədyarova Gündəm / İdman AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMA AFFA-nın məşqçilik kursları: Tələb olunan sənədlər, ödəniş məbləğləri və təminatlar - ARAŞDIRMA Gündəm / İdman
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…