1-11-2021, 12:25 Oxunub: 212363

Tikinti sahəsində xidmətlərə görə rüsum ARTIRILDI

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə dövlət rüsumlarına dəyişiklik edilir.

 

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsi üçün ödənilən rüsum 60 manatdan 90 manata qaldırılır.

 

Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizası üçün rüsum 30 manatdan 45 manata, yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun verilməsi üçün rüsum 50 manatdan 75 manata, inşaat pasportunun dublikatının verilməsi üçün rüsum isə 10 manatdan 15 manata qaldırılacaq.

 

Qeyd edək ki, layihə "Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.

 

Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

İdman mərc oyunlarına görə rüsum tutulacaq İdman mərc oyunlarına görə rüsum tutulacaq İdman Avtomobili olanlara BƏD XƏBƏR: bu rüsum 50 FAİZ ARTIRILIR Avtomobili olanlara BƏD XƏBƏR: bu rüsum 50 FAİZ ARTIRILIR Gündəm / İqtisadiyyat ARAQ və SİQARET çəkənlərə bəd xəbər - Qiymətlər qalxacaq ARAQ və SİQARET çəkənlərə bəd xəbər - Qiymətlər qalxacaq Gündəm / İqtisadiyyat Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb Gündəm Ovçuluq biletinin qiyməti BAHALAŞACAQ Ovçuluq biletinin qiyməti BAHALAŞACAQ İdman
XƏBƏR LENTİ
13:42 | Dünya bir nərdivandır... 18:36 | Xalqına və dövlətinə xidmət nümunəsi – Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ad günü təbriki 15:43 | Lerik Bələdiyyəsinin sədri Ceyhun Mahmud oğlu Zahidov: "Ot öz kökü üstə bitər" 16:18 | Xətai rayonunun inkişafı və dövlətçilik prinsiplərinə sədaqət – Rafiq Quliyevin nümunəvi fəaliyyəti 16:04 | Savaşdan qələbəyə 15:39 | Dövlətə sədaqətlə xidmətin nümunəsi – Polis Polkovniki Şəhriyar Şəmşirli 17:03 | Plastik, rekonstruktiv və estetik cərrahiyyənin peşəkarı – Dr. Bariz Zeynalov 16:30 | Yaşıd baş daşları – ucalığın əbədiyyət şəhadətnaməsi... 13:51 | “Mən Vətənin göz yaşlarını silmək üçün doğuldum” 20:41 | Xocavənd istiqamətində döyüş yolu - Zaur Ələkbərovun əməliyyat xatirəsi 20:07 | Tibbi Rəy ilə Çağırış Qərarı Arasında Suallar 19:08 | Sağlamlığa xidmət missiyası-“ElMed” klinikasının rəhbəri Hümbət Səfərov 18:38 | Səhiyyəyə sədaqətin nümunəsi-Kürdəmir RMX-nın baş həkimi Tarix İslamov 18:24 | Balaca Ürəklərin Sağlamlığı Keşiyində - Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının baş həkimi Esmira Hüseynova 17:30 | Müasir sağlamlıq menecmentində inteqrativ yanaşma- Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubov 13:46 | Ortopediyanın uğur salnaməsini yazan cərrah- Dr. Boris Poberaj – Dünya idmançılarının etibar etdiyi peşəkar həkim