İdman
ÇOX OXUNANLAR
21-02-2022, 19:00 Oxunub: 2388
Ötən ay ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə ümumilikdə 7,3 milyon manat vəsait daxil olub
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam etdirilir.Belə ki, cari ilin yanvar ayı ərzində 5 hərrac keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 59 nəqliyyat vasitəsi özəlləşdirilib.
Ötən ay ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 47 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 16 onlayn qoşulma reallaşıb. Yanvar ayı ərzində hərrac vasitəsilə 7 faydalı qazıntı yatağı istismara verilib.
Dövlət əmlakının özəlləşdirilməsinin mütərəqqi üsullarından biri də investisiya müsabiqəsidir. Ötən ay ərzində 1 müəssisənin (“Sumqayıt Tikinti Xidmət” ASC) dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi reallaşıb.
Cari ilin ilk ayı ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 4,54 milyon manat təşkil edib. Bu isə 2021-ci ilin eyni dövrünün göstəricisindən 9,5 faiz çoxdur.
Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, ötən ay ərzində ümumilikdə 147 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 56-sı qeyri-yaşayış sahəsi üzrə, 91-i isə torpaq sahələrinə aiddir.
Bununla yanaşı cari ilin ilk ayında 34 icarə müqaviləsinin müddəti uzadılıb, 27 icarə müqaviləsi ləğv edilib. 2021-ci ilin yanvar ayı ilə müqayisədə 115 və ya 4,6 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ay dövlət büdcəsinə ümumilikdə 2,76 milyon manatdan çox vəsait ödənilib. Bu isə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 milyon manata yaxın artım deməkdir.
XƏBƏR LENTİ
18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu 11:24 | “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı 11:13 | Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu 11:05 | Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir 10:57 | “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir” 10:44 | Antiterror tədbirlərində DİN-in döyüş yolu 10:38 | “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı 14:33 | Bizim Nizami müəllim...







