21-06-2023, 12:19 Oxunub: 2183

Sloveniyanın İnfrastruktur Nazirliyi: “Potensial alternativ mənbələrdən biri Azərbaycandır”
















“Sloveniya Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün böyük potensial görür”.

Bu barədə “Trend”ə açıqlamasında Sloveniyanın İnfrastruktur Nazirliyinin Energetika Departamentinin direktoru Hinko Solink deyib.

“Biz Sloveniyada hazırda xüsusən daha çox potensial gördüyümüz Günəş enerjisi istehsalının təşviqinə fokuslanmışıq. Lakin həmçinin külək, hidro, geotermal enerji və biokütlənin istifadə olunduğu layihələri, o cümlədən alternativ enerji mənbələrindən hidrogen istehsalını və bioqazın istehsal edilməsini də nəzərdən keçiririk”, - deyə o əlavə edib. 

Solink qeyd edib ki, Sloveniya Avropa İttifaqının (Aİ) enerji mənbələrinin diversifikasiyasının möhkəmləndirilməsi üzrə səylərini dəstəkləyir.

“Şərq tərəfdaşlığı” proqramı çərçivəsində enerji sahəsində tərəfdaşlığımızı nəzərə aldıqda Azərbaycanla enerji təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsini xüsusən müsbət qarşılayırıq. Sloveniya Aİ qanunvericiliyinə cavab verən, enerji təhlükəsizliyinin və enerji mənbələrinin diversifikasiyasının artmasına səbəb olan istənilən layihəni müsbət qarşılayır. Bazarda tədarükçü nə qədər çox olarsa, rəqabət və nəticədə yekun istehlakçı üçün təbii qaz tədarükü bir o qədər çox olar”, - deyə o əlavə edib.

Hinko Solink Sloveniyanın Rusiya qazından imtina etmək məqsədilə təbii qaz tədarükçülərinin diversifikasiyasını dəstəklədiyini qeyd edib.

“Potensial alternativ mənbələrdən biri də Azərbaycandır. Bu baxımdan biz Cənub Qaz Dəhlizini Aİ ilə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün əla imkan olaraq görürük”, - o deyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi ilə Avropaya Azərbaycan qazının nəqli 31 dekabr 2020-ci ildə başlayıb. Qaz Xəzər dənizi regionundan Avropa ölkələrinə Gürcüstan və Türkiyə vasitəsilə nəql edilir. Layihənin dəyəri proqnozlaşdırılan 45 milyard dollarla müqayisədə 33 milyard dollar olub. CQD layihəsinin əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxacağı gözlənilir. 2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırkı 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

Oktyabrın 20-si Energetiklər Günüdür Oktyabrın 20-si Energetiklər Günüdür Gündəm / İqtisadiyyat 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq 2020-ci ildə Günəş 2, Ay 4 dəfə tutulacaq Gündəm / Maraqlı Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Eldar Quliyev: “Azərbaycan bütün Cənubi Qafqazın tarixində yeni səhifə açdı” Siyasət Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər" Gündəm / Siyasət Qarabağ Dirçəliş Fondu sərmayə cəlbini sürətləndirəcək - ekspert Qarabağ Dirçəliş Fondu sərmayə cəlbini sürətləndirəcək - ekspert Gündəm
XƏBƏR LENTİ
14:27 | ARHD.AZ xəbər saytın rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov - Hüququn, Ədalətin və Gerçək Sözün Möhkəm Müdafiəçisi 14:09 | DTX Xankəndidəki iclasdan - Video paylaşdı 14:05 | Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? 13:38 | Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar 18:56 | İsmayıl Zalovun beynəlxalq hüquq arenasında uğurlu addımı – tanınmış hüquq professoru Aron Boris Aleksandor Roter ilə görüş Azərbaycanın hüquqi imicinə töhfədir 15:15 | Niyə yeməyi Asiyada çubuq, başqa yerlərdə isə qaşıq və çəngəllə yeyirlər? 13:55 | Asiya İnkişaf Bankının prezidenti "Veysəloğlu"nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu 13:53 | Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir 19:35 | Elxas Comərddən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova açıq şikayət ərizəsi 17:44 | «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşov – Peşəkarlıq və dürüstlük 20:35 | Embawood şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov – Rəhbərlik keyfiyyətləri və peşəkarlıq 20:12 | Millət Vəkili Nəsib Məhəməliyev – Dövlətə sədaqət andı 14:27 | Qanunsuzluğun QURBANI - Heyvanlara qarşı qəddar münasibət və cavabsız qalan suallar/VİDEO 14:22 | Hikmət Hacıyevdən Rusiya açıqlaması 14:19 | Moskva-Bakı gərginliyi açıq fazaya bu zaman keçəcək – Türk ekspertdən SENSASİYA 14:16 | Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal: Əlavə ödəniş…