İdman
ÇOX OXUNANLAR
20-01-2020, 20:55 Oxunub: 2426
Bakıda məcburi köçkün həmyerlisini bıçaqladı
Ötən gün Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.Binəqədi Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata əsasən, eyni adlı qəsəbənin 1-ci mədən küçəsində, 1989-cu il təvəllüdlü Cəbrayıl rayon sakini Orucov İlqar Məhəmmədəli oğluna yaşadığı yataqxananın zirzəmisində çoxsaylı bıçaq xəsarətləri yetirilib.
1 nömrəli Kliniki Tibbi Mərkəzin həkimləri İlqar Orucovun bədənində ikisi qarın nahiyəsinə nüfuz etməklə beş bıçaq zərbəsi aşkar ediblər. Əldə edilən məlumata əsasən, zərərçəkənin vəziyyəti ağırdır.
Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. O, zərərçəkənin həmyerlisi, 18 yaşlı Məhəmmədəli Zamin oğlu Məhəmmədzadədir. Hər iki şəxs hadisənin qeydə alındığı yataqxanada yaşayırlar. Hadisə törədən şəxsə Cinayət Məcəlləsinin 29, 120-ci ( qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi açılıb.
İstintaq Binəqədi rayon Prokurorluğu tərəfindən aparılır. Cinayətin səbəbləri dəqiqləşdirilir.
XƏBƏR LENTİ
20:05 | Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri 13:27 | XİN-dən Qazaxıstan paylaşımı 13:20 | Prezidentin futbolçularla görüşündə maraqlı anlar 12:42 | “10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir” başlıqlı yazıya təkzib və mövqe 18:10 | Beyləqan xəstəxanasında qalmaqal. Orxan Əsədzadə direktor müavini keçmək üçün 40 min verib? 18:53 | AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir 18:48 | “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər” 18:41 | ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT 12:29 | Prezidentlə xanımı Bakıdakı Zəfər parkında 12:05 | DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı 11:56 | Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı 17:53 | Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim 10:53 | Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı 10:43 | Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı 10:36 | “Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident 11:50 | Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu







